Baş Prokurorluğun BU ŞÖBƏSİ YENİDƏN QURULACAQ

Baş Prokurorluğun BU ŞÖBƏSİ YENİDƏN QURULACAQ

Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibi yenidən formalaşdırılacaq.

Bu barədə prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə ilə keçirilən geniş əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov göstəriş verib.

Z.Qaralov fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib. \\Qafqazinfo

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA