Bayram Səfərov bahalı maşınından DANIŞDI: “Axı mənim yanımda Tramp kimdir?” - FOTOLAR

Bayram Səfərov bahalı maşınından DANIŞDI: “Axı mənim yanımda Tramp kimdir?” - FOTOLAR

Şuşanın icra başçısı Bayram Səfərov ABŞ istehsalı olan “Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Hurriyyet.org xəbər verir ki, icra başçısı Bayram Səfərov "demokrat.az"a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:

“Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli “Lincoln MKS” model avtomobili verilib.

Hazırda sözügedən avtomobilə “58-AA-001” dövlət nömrə nişanı taxılıb.

Avtomobilin bazar qiyməti 50 000 - 60 000 ABŞ dolları təşkil edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA