BBC: “İdlib hadisələri Türkiyə-Rusiya-İran ittifaqı üçün sınaqdır"

BBC: “İdlib hadisələri Türkiyə-Rusiya-İran ittifaqı üçün sınaqdır"

Hurriyyet.org xəbər verir ki, İngiltərənin BBC kanalı İdlibdə son dövrdə baş verən hadisələrin Türkiyə, Rusiya və İranın Suriya məsələsi ilə əlaqədar qurduqları ittifaqı “sınağa çəkdiyini” yazıb.

BBC İdlibdə bu il baş verən silahlı toqquşmalar nəticəsində bir çox insanın həlak olduğunu da qeyd edib: “Türkiyə hökuməti İran və Rusiyadan Suriyanın İdlib şəhərindəki hava hücumlarının dayandırılması üçün hərəkətə keçmələrini tələb edib. Baş verən son hadisələr müxtəlif qüvvələri dəstəkləyən bu üç regional qüvvənin ittifaqı üçün bir test olacaqdır”.

İdlibdə nə baş vermişdi?

Xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 10-da Suriya hökumətinin “Heyət Tahrir əl Şam” kimi qrupları bəhanə edərək, İdlibdəki mülki şəxslərə və mülayim müzalifətçilərə hücum elədiklərini söyləmişdi.

İdlibin böyük bir qismi 17 iyuldan bəri cihadçı təşkiların nəzarətindədir.

Çavuşoğlu İran və Rusiyanın təminatçı olaraq, bu hücumları dayandırmaq məcburiyyətində olduqları xəbərdarlığını edib. Xarici İşlər Nazirliyi, bu iki ölkənin səfirlərini nazirliyə çağıraraq, atəşkəs bölgəsi razılaşmasının pozulması kimi qəbul elədikləri bu hal barəsində xəbərdarlıq edib.

Hurriyyet.org

Loading...

QALEREYA