BDU-nun tələbəsi öldürüldü - RƏSMİ

BDU-nun tələbəsi öldürüldü - RƏSMİ

Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org verilən məlumata görə, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA