BDU-nun yeni rektorundan tələbəyə qarşı maraqlı addım - VİDEO

  • 2019-03-30 12:22:35
  • |
  • Ölkə /

BDU-nun yeni rektorundan tələbəyə qarşı maraqlı addım - VİDEO

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev maraqlı addım atıb.

Bununla bağlı sosial şəbəkələrdə yayılan videodan görünür ki, rektor bufetdə ad günü keçirilən masaya yaxınlaşaraq təbriklərini çatdırıb. Tələbələrlə birgə tort dadmaq istədiyini deyən Elçin Babayevə tortun hələ yolda olduğu deyilib.

Rektor otağına qayıdandan sonra doğum gününü qeyd edən tələbə şirnini Babayevin otağına göndərib.

Bundan sonra isə BDU rektoru yenidən bufetə enib və həmin tələbəyə şokolad hədiyyə edib. O, hədiyyəni tələbəyə uzadan zaman "bahalı şeydir e bu" zarafatını da edib.

Rektor tələbənin alnından öpərək, ona uğurlar arzulayıb./"Qafqazinfo"/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA