Belçikada 182 nəfər terrorçu AZADLIĞA BURAXILDI

  • 2019-01-25 17:26:34
  • |
  • Dünya /

Belçikada 182 nəfər terrorçu AZADLIĞA BURAXILDI

Avropada terror təhlükəsinin yüksək olduğu ölkə

Hurriyyet.org xəbər verir ki, dəfələrlə İŞİD terror təşkilatının hədəfi olmuş Belçikada ədliyyə naziri Koen Qeensin, bu günə qədər 182 terrorçunun azadlığa buraxılmasını açıqlaması böyük narahatlığa səbəb olub.

Nazir bu günə qədər 182 nəfər terrorçunun, terroçu ilə əlbir olmuş şəxsin və radikalın cəzalarını tamamlayıb azadlığa çıxdıqlarını açıqlayıb. Deputat Annik Lambrextin sorğusunu cavabladıran nazir, Belçika həbsxanalarında cəzaları davam edən 230 nəfər terrorçunun olduğunu da bildirib.

Terror təhlükəsi davam edir

Terrorla mübarizəni davam etdirən Belçikada hücum təşkil eləməyə çalışmaqda şübhəli bilinən iki nəfər də cümə axşamı günü məhkəmə qarşısına çıxarılmışdı.

Onlardan biri Molenbek, digəri isə Brügge şəhərində yaxalanıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA