Belçikanın “Het Belang Van Limburg” qəzeti Azərbaycandan yazıb

Belçikanın “Het Belang Van Limburg” qəzeti Azərbaycandan yazıb

Belçikanın tanınmış "Het Belang Van Limburg" qəzeti Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin dəstəyi ilə "Ham Azərbaycanla əlaqələrini gücləndirir" başlıqlı yazı verib. Həmçinin, məqalədə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Ham şəhərində 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirə toxunub.

“Azərbaycan xalqının yaşadığı acıları görürük və Bakıda baş verən qətliamın insanlıq tarixinə acı bir gün olduğunu və bir daha bu hadisələrin yaşanmamasını istəyirik. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkil etdiyi fəaliyyətlərin önəmli olduğunu görürük. Azərbaycanın Belçikaya yaxınlaşmasında addımlar atdığını diqqətlə izləyirik. Cəmiyyət Qarabağ atına abidənin qoyulmasının təşəbbüskarı və təşkilatçısı olub. Cəmiyyət bu istiqamətdə Belçikada Azərbaycanın tanıdılmasında böyük fəaliyyətlər həyata keçirir”,-deyə qəzetdə yazılıb.

Qəzet Ham bələdiyyə sədri Dirk Devisin Azərbaycanla bağlı fikirlərini diqqət ayırıb.

“Azərbaycanda bu hadisələr bir daha yaşanmamalıdır. Azərbaycan xalqının acılarını paylaşırıq. Xalqın gəncliyi yaxşı təhsil alaraq tarixin gerçəkliyini bilməlidir. Avropada 70 ildən çoxdur müharibə yoxdur və bu cür savaşların bölgəmizdə olmamasını arzulayırıq. Bələdiyyə və Azərbaycan-Belçika Dostluq Cəmiyyəti arasında sıx əlaqələr var. Biz cəmiyyətin tarixi, mədəni, coğrafi fəaliyyətlərini dəstləyirik. Əməkdaşlıqdan məmnunuq”.

Qəzet Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovun 20 Yanvar və Azərbaycan haqqında fikirlərinə yer ayırıb.

Elnur Eltürk

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA