Belə vəziyyətdə avtobusla necə sərnişin daşınır... - Nəzarətsizlik, yoxsa... - VİDEO

  • 2018-07-07 21:36:52
  • |
  • Sosial /

Belə vəziyyətdə avtobusla necə sərnişin daşınır... - Nəzarətsizlik, yoxsa... - VİDEO

Avtobusun oturacaqları yararsız haldadır... Marşrut avtobusu elə bu vəziyyətdə də sərnişindaşıma ilə məşğuldur.

Hurriyyet.org-un məlumatına görə, söhbət Bakı Beynəlxalq Avtovağzalından Binəqədi rayonu Sulutəpə qəsəbəsi istiqamətinə 158 saylı marşrut üzrə hərəkət edən avtobusdan gedir.

Sərnişinlərdən biri avtobusun içərisində oturacaqların vəziyyətini mobil telefonla çəkərək "Xəzər Xəbər"in vatsap nömrəsinə göndərib. Görüntüdən də aydın olur ki, avtobusda oturacaqların bəziləri yerli-dibli yoxdur, bəziləri isə bərbad vəziyyətdədir.

Sözügedən marşrut xəttinin kalon rəisi Mahir Quliyev deyir ki, həqiqətən də onlara məxsus marşrut avtobusunda belə bir problem yaşanır. O, buna səbəb kimi Sulutəpə qəsəbəsində yolların yararsız vəziyyətdə olmasını göstərir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə daşıyıcıya xəbərdarlıq edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...

QALEREYA