“Bələdiyyədə kim ölür, deyirlər mən vurmuşam ” - Masazır bələdiyyəsinin sədri

“Bələdiyyədə kim ölür, deyirlər mən vurmuşam ” - Masazır bələdiyyəsinin sədri

Masazır bələdiyyəsinin qulluqçusu Raqib Şamil oğlu Allahverdiyevin bu gün səhər saatlarında iş başında olarkən səhhəti qəfil pisləşib.

Təcili yardım maşını ilə Mərkəzi Klinikaya aparılan bələdiyyə qulluqçusunun ürəyində ciddi problem olduğu iddia edilir. Mərkəzi Klinkadan xəstənin vəziyyəti ilə məlumat verməkdən imtina ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Masazır bələdiyyəsinin vergi müfəttişi Ülfət Xansuvar oğlu Hüseynov iş başında insult keçirmiş və xəstəxanada dünyasını dəyişmişdi. İddiaya görə, ona bələdiyyə sədri Siyanfər Əliyev təzyiq göstərmişdi.

Bələdiyyə qulluqçusu Raqib Allahverdiyev Millətinsəsi.az-a deyib ki, hazırda vəziyyəti yaxşı deyil:

“Ülfət Hüseynovun ölümünün və mənim bu hala düşməyimin səbəbi var. Bu barədə səhhətim imkan verən kimi danışacağam”.

Məsələ ilə bağlı Axar.az-a danışan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev Raqib Allahverdiyevin xəstəxanaya yerləşdirilməsini inkar edib:

“Raqib Allahverdiyev səhər işə gəlməyib. Dünən onun qohumu rəhmətə getmişdi. Ürəyinə stend qoyublar onun, aparatla yaşayır. Bu adam xəstəxanaya getməməlidir ki?! O, mənim qayınımdır, mənimlə necə mübahisə edə bilər?! Bələdiyyədə kim xəstələnir, ölür, deyirlər ki, Siyanfər vurub öldürüb”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA