“Bəlkə də bir gün “Diriliş Ərtoğrul” sayəsində müsəlman olacağam” - MADURO

  • 2019-03-23 14:56:07
  • |
  • Dünya /

“Bəlkə də bir gün “Diriliş Ərtoğrul” sayəsində müsəlman olacağam” - MADURO

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və məşhur “Diriliş Ərtoğrul” serialının yaradıcı heyəti Alaniya Ələddin Keyqubad (Alanya Alaaddin Keykubat) Universitetində keçirilən tədbirdə iştirak edib. Tədbirdə TRT ekranlarında nümayiş etdirilən filmin baş rolunun ifaçısı Engin Altan Düzyatan da iştirak edib.

Çavuşoğlu film barəsində çıxış edərkən belə bir açıqlama verib: “Sentyabr ayında Venesuelaya getdiyim zaman ikitərəfli görüşlər keçirdik. O zaman Venesuela prezidenti Nikolas Maduro “Diriliş Ərtoğrul” filmi ilə bağlı belə dedi: “Bu film həqiqi islamı öyrədir və bəlkə də bir gün bu filmin sayəsində müsəlman olacağam”. Belə sözləri eşidəndə fəxr edirik və xoşbəxt oluruq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA