Bərdə doğuş evində daha bir körpə öldü

Bərdə doğuş evində daha bir körpə öldü

Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da “vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub. Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA