Bərdədə kanaldan kişi meyiti tapıldı

Bərdədə kanaldan kişi meyiti tapıldı

Bərdədə 52 yaşlı kişi kanalda batıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​