Bərdədə qətl törətmiş şəxs könüllü olaraq polisə təslim oldu

Bərdədə qətl törətmiş şəxs könüllü olaraq polisə təslim oldu

Bərdədə dəhşətli qətl hadisəsini törədən şəxs könüllü olaraq polisə təslim olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Bərdə rayonunun Kətəlparaq kəndində həyat yoldaşını balta ilə öldürüb, qaynanasına ağır xəsarət yetirən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Qurbanov Elçin Nazim oğlu hadisədən sonra rayon Polis Şöbəsinə gedərək təslim olub.

Hadisəyə səbəb ailə münaqişəsi olub. O, həyat yoldaşının boşanması üçün məhkəməyə müraciət etdiyini bildirib. Buna etiraz olaraq həyat yoldaşı və qayınanası ilə mübahisə edib. Hisslərinə hakim ola bilməyən E.Qurbanov balta ilə həyat yoldaşına və qaynanasına bir neçə zərbə endirib. Həyat yoldaşı aldığı zərbədən ölüb. Daha sonra evə od vuraraq 6 yaşlı qızını götürüb gedib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, E.Qurbanov İmişli rayon Qaralar kənd sakinidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA