Beş nəfəri öldürdü - Pivə və siqaret alıb yoluna davam etdi

  • 2019-01-11 17:28:43
  • |
  • Region /

Beş nəfəri öldürdü - Pivə və siqaret alıb yoluna davam etdi

Fırat Yurdakul Kahramanmaraş şəhərində yaxalanıb.

Türkiyənin Sivas şəhərində sevdiyi qızı ala bilmədiyi üçün 5 nəfəri öldürən şəxs haqqında cinayət işi başladılıb.

Hurriyyet.org aznews.az-a istinadla xəbər verir ki, Fırat Yurdakul 2018-ci il martın 22-də sevdiyi qızı ona vermədikləri üçün qızın atası Tarık Esen, anası Cennet Esen və babası İbrahim Eseni öldürüb.

Daha sonra marketə pivə və siqaret almaq üçün gedib. Orda da market sahibi ilə dalaşaraq Celal Koral və oğlu Taylan Koralı odlu silahla öldürüb.

Oğurladığı avtomobil ilə qaçan Fırat Yurdakul Kahramanmaraş şəhərində yaxalanıb.

Fırat Yurdakul bu gün hakim qarşısına çıxıb. O, izahatında bunları deyib: “Pınar Eseni sevirdim. Atası ilə danışdım ki, onu mənə ver. Məni telefonda təhqir etdi. Əsəbiləşdim, getdim evlərinə. Atasını, anasını və babasını yanımda apardığım tüfənglə vurdum. Sonra çıxıb marketə getdim ki, pivə və siqaret alım. Market sahibi borcumun çox olduğunu, borcumu ödəyəndə gəlib nə istəsəm ala biləcəyimi dedi. Özümü saxlaya bilmədim silahla vurdum. Market sahibi Celal Koralın oğlu Taylan Koral mənim yaxın dostum idİ. O da marketdə idi, mənə dedi "məni də vuracaqsan?". Onu vurmamağım üçün yalvardı. Amma onu da vurdum”.

Məhkəmə 14 fevral tarixinə ertələnib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA