Beyləqanda ağır qəza: 1 nəfər öldü

Beyləqanda ağır qəza: 1 nəfər öldü

Beyləqanda ölümlə nəticələn yol-nəqliyyat qəzası baş verib.

Hurriyyet.org bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində Şirvan şəhər sakini E. Qarayevin idarə etdiyi "VAZ-21060" və A. İbrahimovun idarə etdiyi "MAZ" markalı avtomobillər toqquşub.

Nəticədə E. Qarayevin sərnişini, Masallı rayon sakini Şərif Cahangirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA