Beynəlxalq təşkilatlarla əlaqələr

Beynəlxalq təşkilatlarla əlaqələr

Və yaxud regional rabitə əlaqələrinin inkişaf yolu

Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyi (RRB) xüsusi yer tutur. Beynəlxalq Telekommunikasiya İttifaqı - Azərbaycanın BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir. Belə ki, RİTN-in təşəbbüsü ilə 5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycanın dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmişdir və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, həllər, xidmətlər Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. 24-27 oktyabr 2011-ci il tarixlərində “ITU Telecom World-2011” sərgi-forumunda Azərbaycanın Milli İKT Pavilyonunun təqdim edilməsi məqsədilə 180 m2-lik stend icarəyə götürülmüş, RİTN-in nümayəndə heyəti, rabitə və İKT sahəsi üzrə ixtisaslaşmış 20-dən çox milli şirkət sərgidə iştirakı etmişdir.

Müasir dövrün şah damarı rabitədir

BTİ-nin baş katibi Həmədan Ture təşkilata rəhbərliyi dövründə daim ölkəmizə isti münasibəti ilə fərqlənmiş, dəfələrlə Azərbaycana səfərlər etmiş və BTİ ilə yeni, daha yüksək səviyyədə əməkdaşlığın əsasını qoymuşdur. Bu səfərlər zamanı cənab H.Ture Prezident cənab İlham Əliyev tərəfindən qəbul edərək ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğuna bariz nümunədir. Ümumdünya Poçt İttifaqı – BMT-nin ixtisaslaşmış agentliklərindən olmaqla dünyanın 192 ölkəsini bir təşkilatda birləşdirək, ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyən və inkişaf strategiyasını müəyyənləşdirməklə əlaqələndirici funksiyasını həyata keçirir. Azərbaycan 01 aprel 1993-cü il tarixindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. Qurumun Administrativ Şurası təşkilatın idarəedici orqanıdır, ÜPİ-nin fəaliyyət proqramının koordinasiyasını, ÜPİ Aktlarının hazırlanması və həyata keçirilməsinə, büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. ÜPİ-nin Konqresində dünyanın 5 coğrafi regionu üzrə cəmi 40 üzv seçilir. Azərbaycan ÜPİ-nin Buxarest (2004) Konqresində və Cenevrədə (2008) keçirilmiş Konqresdə CA-ya üzv seçilmişdir. ÜPİ-nin baş direktoru cənab Eduard Dayan 2005-ci ilin may ayında və 2010-cu ilin dekabrında Bakıda olmuş, Dünya Bankının dəstəyi ilə ölkəmizin poçt şəbəkəsində həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin başlanğıc və yekun mərasimlərində iştirak etmişdir. Nəticə olaraq deyə bilərik ki, son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur. Hər il müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə iştirak olunmuş, məhsuldar görüşlər keçirilmiş və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər aparıcı təsisatların illik hesabatlarında öz əksini tapmışdır. Ölkəmizin regionun lider dövləti kimi Cənubi Qafqaz regionu üzrə layihələrin həyata keçirilməsi prosesində təşəbbüskarlığı və dominantlığı rabitə və İKT sahəsinə də sirayət etmişdir. TAE, TASİM kimi layihələrin reallaşdırılması, habelə RİZ-lərin yaradılmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir və bu layihələrin uğurla həyata keçirilməsi son nəticədə ölkəmizin və bütövlükdə regionun inkişafına yeni təkan və münbit zəmin verəcəkdir.

Regional rabitə əlaqələrinin inkişaf yolu

Regional Rabitə Birliyi - 1991-ci ilin 17 dekabr tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən Regional Rabitə Birliyi yaradılmışdır. Sözügedən təşkilatın əsas vəzifəsi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, yeni müstəqil dövlətlər arasında elektrik və poçt rabitəsi sahəsində əməkdaşlığın həyata keçirilməsi olmuşdur. Müxtəlif komissiyalardan ibarət olan Regional Rabitə Birliyinin daimi fəaliyyətdə olan icraiyyə orqanı Moskva şəhərində yerləşir.
Avropa İttifaqı (Aİ) - Avropa İttifaqı formal olaraq 1993-cü ildə Maastrixt müqaviləsinə əsasən təsis edilsə də, təşkilatın təməlini 6 təsisçi dövlət - Fransa, Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən 1951-ci ildə yaradılan Avropa Kömür və Polad Birliyi və 1957-ci ildə Roma müqaviləsinə əsasən yaradılan Avropa İqtisadi Birliyi təşkil edib. AI-nin Baş qərargahı Brüssel (Belçika) şəhərində yerləşir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin əsası təsis edildiyi tarixdən etibarən qoyulub. Lakin münasibətlərin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə çoxtərəfli əməkdaşlıq platforması olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb (6 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir). Hazırda Aİ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır.

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq

2013-cü ildən etibarən Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) Proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində ŞT Proqramına üzv olan 6 ölkənin rəqəmli bazarlarının Avropa İttifaqı ölkələrinə uyğunlaşdırılması məqsədilə “Rəqəmli bazarların harmonizasiyası” (Harmonisation of Digital Markets-HDM) təşəbbüsü həyata keçirilməyə başlanıb. Təşəbbüs çərçivəsində 2015-ci ilin iyun ayında Lüksemburqda üzv ölkələrdə rəqəmli bazarlarda mövcud vəziyyətə dair müzakirələr aparılıb və tədbirin yekununda Birgə Bəyannamə qəbul edilib. Bəyannamədən irəli gələrək Avropa Komissiyası tərəfindən “İqtisadi inteqrasiya və Avropa İttifaqının siyasətinə uyğunlaşma” platforması çərçivəsində Rəqəmli bazarların uyğunlaşdırılması paneli təsis olunub. 18-19 noyabr 2015-ci il tarixində Brüssel şəhərində rəqəmli bazarların uyğunlaşdırılması panelinin ilk iclası keçirilib.

Rəqəmli bazarların uyğunlaşdırılması paneli çərçivəsində 2016-2017-ci illər üçün Təbirlər Planında Azərbaycan tərəfi elektron gömrük (e-customs) prioritet istiqaməti üzrə ŞT Proqramına daxil olan ölkələr arasında əsas icraçı, kiçik və orta sahibkarlar üçün elektron ticarət (e-commerce for SMEs) istiqaməti üzrə isə Belarus tərəfi ilə birgə əsas icraçı seçilmişdir. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təklif olunan “İKT yönümlü texnoparklar arasında əməkdaşlıq üçün regional şəbəkənin yaradılması” layihəsi Tədbirlər Planına daxil edilib. 05-06 oktyabr 2016-cı il tarixlərində Brüssel şəhərində Azərbaycan tərəfinin koordinator olduğu “İnnovasiya və tədqiqat üçün İKT infrastrukturu” istiqaməti üzrə tədbir keçirilib. 17-18 oktyabr 2016-cı il tarixlərində Brüsseldə Avropa Komissiyasının rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottingerin, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və ya nazir müavinlərinin iştirakı ilə Nazirlər Toplantısı və HDM Panelin növbəti iclası keçirilib. Nazir müavini Elmir Vəlizadə iştirak edib. Tədbirdə HDM Panel çərçivəsində EU4Digital şəbəkəsinin yaradılması elan edilmiş, növbəti illər üçün tədbirlər planı qəbul edilmiş və toplantının sonunda Rəqəmli Cəmiyyət üzrə Bəyannamə oxunub. 2012-ci ilin sentyabr ayında ŞT çərçivəsində yaradılan Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (Eastern Partnership Regulators Network-EaPeReg) çərçivəsində 2014-cü ildə ŞT ölkələri ilə Aİ-yə üzv ölkələrin elektron rabitə tənzimləyicilərini birləşdirən Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri (BEREC) arasında əməkdaşlıq mexanizmlərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Azərbaycan EaPeReg çərçivəsində “müşahidəçi” qismində fəaliyyətini davam etdirir.

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində işbirliyi

Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin və ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya üzrə alt-komitənin iclaslarında mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib. “Yeni telekommunikasiya texnologiyalarının tətbiqi üzrə dövlət tənzimləməsi” adlı TAİEX layihəsi ilə bağlı əməkdaşlıq imzalanıbdır. 03-07 iyul 2017-ci il tarixlərində Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) yardım aləti çərçivəsində Almaniyanın İqtisadi İşlər və Energetika Nazirliyinin rəsmisi cənab Andres Hartlın Bakıda ekspert missiyası təşkil edilib. Ekspert missiyası çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzində yeni telekommunikasiya texnologiyalarının tətbiqi üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Aztelekom” MMC-nin və “Baktelekom” nümayəndələrinin iştirakı ilə ardıcıl təlimlər təşkil olunub.

“Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi ilə bağlı əməkdaşlıq üzrə fəaliyyətlərə başlanılıbdır.

Nəqliyyat sahəsində əməkdaşlıq

Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində ŞT ölkələri ilə Aİ arasında nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə 2011-ci ilin sentyabr ayında ŞT Proqramının “İqtisadi İnteqrasiya və Aİ Siyasətinə Uyğunlaşma” üzrə 2-ci Platforması tərkibində Nəqliyyat Paneli yaradılıb. Panelin iclasları zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan Respublikası üzərindən keçən hissəsi (avtomobil və dəmir yolu) Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) əsas şəbəkələri (core networks) hissəsinə daxil edilib. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsi qənaətbəxş şəbəkələr (comprehensive networks) hissəsinə daxil edilib. Həmçinin tədbir zamanı Trans-Avropa Nəqliyyat Dəhlizləri Elektron İnformasiya Sisteminə (TENtec) qoşulmaqla bağlı Avropa Komissiyası tərəfindən tərəfdaş ölkələrə müraciət ünvanlanmış və sözügedən sistemə qoşulmaq üçün danışıqların aparılması məqsədilə tərəfimizdən bu sahədə müvafiq ekspert təyin olunub.

Qanunvericiliyin uyğunlaşdırılması sahəsi

Azərbaycanın qoşulduğu “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə (AETR) müvafiq olaraq ölkə ərazisində “Beynəlxalq avtomobil daşımalarında rəqəmsal taxoqraf sisteminin tətbiqi məqsədilə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”, “Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda” və “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları” Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, bu qaydaların tətbiqi və rəqəmsal taxoqraf şirkət və sürücü kartlarının verilməsi işlərinə başlanılıb.

(ardı var)

“Hürriyyət”