Beynəlxalq Valyuta Fondu və Azərbaycan

Beynəlxalq Valyuta Fondu və Azərbaycan

Beynəlxalq Valyuta Fondu (ing. International Monetary Fund) — Beynəlxalq maliyyə təşkilatlarından biridir. Fondun əsas vəzifəsi valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq bir maliyyə inistitutudur. Fonda üzv ölkələr üzərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.

Azərbaycanın BVF və DB ilə əməkdaşlığı

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına və Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, Beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Xüsusuilə Beynəlxaalq Valyuta Fondu və Dünya Bankı ilə əlaqələr yüksək səviyyədədir. Beləliklə də ölkəmiz bu maliyyə instututları ilə bir sıra maliyyə sahəsi üzrə birgə əməkdaşlığıa malikdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan

Beynəlxalq Valyuta Fondu və Azərbaycanla əlaqələrin yüksək səviyyədə inkişafının başlıca prioritetlərindən biri də, qeyri neft sektorunun xüsusi çəkisinin artması, bu barədə birgə əməkdaşlığın genişləndirilməsidir.
BVF qeyd edir ki, Azərbaycanda yaxın gələcək üzrə iqtisadi artım perspektivi müsbətdir. Ötən il dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4% yüksəlmişdir. Beləliklə də neft sektoru ilə yanaşı, qeyri neft sektorunun sürətlə inkişafının davamı yeni proqnozlara səbəb olmuşdur. Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi artım 2% səviyyəsində proqnozlaşdırlsa da, bir sıra rəqəmlər bu prosesin daha da irəli getdiyini göstərir. O da bəllidir ki, ortamüddətli dövrdə qaz yataqlarının işlənməsinə başlandıqdan sonra 3.5-4% arasında olması planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə inflyasiya dərəcəsi 2018-ci ildə 7%-dək, sonra isə tədricən daha aşağı düşmüşdür.

2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün 30 noyabr – 14 dekabr tarixlərində Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçi bu səfərin yekunu ilə bağlı bildirib: “Fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə stabilləşdi. Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı. Daha yüksək neft qiymətləri, qeyri-neft ixracının yaxşılaşması və idxalın daralması, həmçinin cari hesabın profisitini bərpa etdi. Hazırda missiya 2017-ci il üzrə real ÜDM-in 0,3% azalmasını və orta illik inflyasiyanın 13% təşkil edəcəyini planlaşdırır”.

Azərbaycanın beynəlxalq investisiya və London Fond Birjası

Böyük Britaniyanın London Fond Birjasında “Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?” mövzusunda biznes seminar keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı seminarın “Neft dövründən sonra iqtisadi artımın bərpası. Azərbaycan iqtisadiyyatının yenidən artım-meylləri” mövzusunda panel müzakirəsində çıxış edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı, Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində yeni inkişaf trayektoriyasına qədəm qoyub. Ölkədə həm fiskal sahədə, həm də tədiyyə balansında tarazlıq yaranıb: “Ölkənin strateji valyuta ehtiyatları 45 milyard dollara çatır ki, bu da 35 aylıq idxalın maliyyələşdirilməsinə imkan verir . Eyni zamanda ölkənin strateji valyuta ehtiyatları, xarici borcundan 4 dəfəyə qədər çoxdur.”

Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycanda manatının sabitliyi təmin edilib, inflyasiya 2018–ci ilin yanvar ayında bir rəqəmli həddə - 5.5 faizə qədər endirilib. İcraçı direktor aparılan islahatlar nəticəsində bank sektorunda kapitallaşma səviyyəsinin 2017 - ci ildə 50 faizdən çox artdığını, eyni zamanda bank sektorunda zərərdən mənfəətə keçidin təmin olunduğunu xüsusi vurğulayıb. “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yaradılması ilə bankların real sektoru maliyyələşdirməsi üçün çox gözəl imkan yaranıb. İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar həm Dünya Bankı həm də, Davos İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və xarici investorlar tərəfindən yüksək qiymətləndirilib. Hazırda Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində ən islahatçı 3 ölkədən biri kimi təqdim olunur. Yaradılan əlverişli biznes mühiti, makro iqtisadi sabitlik və yeni iqtisadi artım nöqtələrinin təqdim edilməsi ölkəyə dünya investorlarının marağını artırır”.

İİTKM-in icraçı direktoru bildirib ki, London Fond Birjasında “Azərbaycan: Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?” mövzusunda təşkil edilən biznes seminar da Azərbaycana marağın artması baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, seminar zamanı “Böyük Britaniyanın Azərbaycan ilə ticarət və investisiya əlaqələri”, “Beynəlxalq sərmayələr üçün imkanlar: Strateji yol xəritəsi və əsas inkişaf sektorları”, “Azərbaycanın ən cəlbedici iqtisadi sektorları” mövzularında panel müzakirələri təşkil edilib. Paşa Bankın təşkilatçılığı ilə keçirilən seminarda Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan Mərkəzi Bankı, eləcə də bir sıra yerli və beynəlxalq

İqtisadi inkişafımızın təməl prinsipləri və beynəlxalq münasibətlər

Azərbaycanın inkişaf etmiş modern dövlətə çevrilməsində sürətli və hərtərəfli inkişafla harmonik olan iqtisadi potensial müstəsna əhəmiyyətə malikdir. Ölkəmizdə yaradılmış böyük iqtisadi potensial, islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə yüksək sosial rifah olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları və davamlı iqtisadi islahatlar ölkədə innovativ və bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlbi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaratmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" təsdiq edilmişdir. Bu mühüm sənəd kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir.

Əldə edilən uğurları beynəlxalq maliyyə instutuları təqdir edirlər

Statistik göstəricilər də Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Belə ki, strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 mlrd. ABŞ dolları səviyyəsinə çatmışdır. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Təsadüfi deyildir ki, ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, Azərbaycan "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır. Qeyd edək ki, "G20"yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bütün bunların nəticəsidir ki, Azərbaycan BMT və onun qurumları, Aİ, İƏT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənmişdir. Azərbaycanın xarici ticarətinin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Hazırda Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparır. Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanmışdır. Ümumilikdə, 1995-2016-cı illərdə ölkə iqtisadiyyatına 233,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 116,4 mlrd. ABŞ dolları xarici investisiyalardır.

“Hürriyyət”