Beyni ölmüş sevgilisi ilə evləndi

Beyni ölmüş sevgilisi ilə evləndi

Tayvanda oğlan beyin ölümü keçirmiş sevgilisi ilə evlənib.

Onun sevgilisi Vanq 22 avqustda qəzaya düşüb. O, motosikletlə gedərkən qadağan olunan dönüş edən avtomobil ilə toqquşub. 3 gün sonra həkimlər Vanqda beyin hüceyrələrinin öldüyünü müəyyən ediblər. Bundan sonra onun həyatı süni şəkildə yaşadılıb. Qadın uzun müddətdir sevgilisi olan Lin adlı oğlanla evlənməyi planlaşdırıb. Münasibətləri 11 il davam etsə də, Vanqın valideynlərinin etirazları səbəbindən onlar evlənə bilməyiblər.

Lin qəzadan bir müddət əvvəl onların razılığını alıb. O, sevgilisi üçün xəstəxana otağında təmtəraqlı toy təşkil edib. Bəy ağlaya-ağlaya qohumlarının gözü qarşısında fatada yatan gəlinin barmağına üzük taxıb. Bundan sonra qadını həyat təminatı aparatından ayırıblar. Vanqın daxili orqanları ürək, qaraciyər, gözün buynuz qişası, qan damarları və dərisi daxil olmaqla, 12 orqanı ehtiyacı olanlara bağışlanıb.
"Bu, digər insanları xilas etməyə imkan verib", - deyə qadının anası bildirib. - Beləliklə, o, yer üzündə qalacaq və uşaqların necə böyüdüyünü izləyə biləcək". \\Medicina.az