“Bəzən boş yerə danışırlar” - Deputatdan həmkarlarına atmaca

  • 2019-02-05 15:05:39
  • |
  • Ölkə /

“Bəzən boş yerə danışırlar” - Deputatdan həmkarlarına atmaca

“Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib”.

Hurriyyet.org-un modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Madər Musayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, lazım olan yerdə yaxşı və məntiqli danışmaq vacibdir:

“İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa…

Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də…

Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər..”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA