Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə...

Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə...

İyunun 5-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xatırladaq ki, bəzi ölkələrdə (Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və b.) Ramazan ayı münasibətilə bayram namazı sabah qılınacaq. \\Trend

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA