BİBLİOTERAPİYA - KİTABLA MÜALİCƏ

BİBLİOTERAPİYA - KİTABLA MÜALİCƏ

Psixoloji problemlərin həllində bir çox faydalı terapiya növlərindən istifadə edilir. Bunlardan biri də biblioterapiyadır. İnsan qayğı, depressiya kimi problemlər yaşadıqda zehnində və bədənində baş verən dəyişiklikləri anlamaya bilər. Biblioterapiyanın məqsədi bu çətinlikləri keçmək, yaşadığı vəziyyəti qavraması üçün məlumat verən kitabları və hekayələrdən istifadə etməkdir.

Biblioterapiyadan necə istifadə edilir?

Şəxsin həyatındakı stress faktları və yaşadığı psixoloji problemlər öyrənilir, vəziyyət müəyyənləşdirir. Psixoloq bütün bunlara əsaslanaraq, bəzi əsərləri tövsiyə edir. Burada ən önəmli olan seçilən əsərin mövzusunun şəxsin yaşadığı çətinliklərlə əlaqəli olmasıdır. Xüsusilə də, əsas obrazın şəxslə birgə eyni problemlərlə üzləşməsi vacibdir. Kitabı bitirdikdən sonra isə psixoloqla birlikdə əsas obrazın yaşadığı problemi necə
ələ alması və həlli yollarından danışılmalıdır.

Biblioterapiyanın faydaları

Şəxs psixoloqun tövsiyəsi ilə şeir, qısa hekayələr və ya teatr tamaşaları üçün yazılmış mətnləri də oxuya bilər. Bu şəkildə ilk zamanlarda ortaya çıxan şəxsi problemləri haqqında daha dərin düşünmək və anlamaq fürsəti əldə edir. Yaşadığı çətinliklərin sırf onun başına gəlmədiyini, yalnız olmadığını anlamağa başlayır. Hər hansı problem üçün təkcə bir həll yolunun olmadığını, fərqli həllərin də mümkün olduğunu qəbul edir. Şəxs yaşadığı çətinliklər haqqında danışmaqda və həll yolu axtarmaqda azad olur. Daha rahat şəkildə problemini bölüşə və danışa bilir. Təkcə əsas obrazın deyil, digər xarakterlərin də baxış bucağını öyrənmək fürsəti qazanır. Bu da öz həyatındakı, ətrafındakı insanların yanaşmalarını, düşüncə tərzlərini başa düşmək üçün ona kömək edəcəkdir.

Biblioterapiya hansı problemlərin həllinə kömək edir?

Hər şeydən öncə kitab oxumaqla digər insanların yaşadığı çətinliklərinə, duyğularına və düşüncələrinə şahid olmaq istənilən mənada bizi yaxşılaşdırır və zənginləşdirir. Lakin biblioterapiya xüsusilə, qayğı çətinliklərində, depresiyya növlərində, əsəb və yemək pozuntularında, maddə istifadəsində, utancaqlıqda, ikili münasibətlərdə yaşanan problemlərdə olduqca təsirlidir.

Biblioterapiya yaşadığınız problemləri həll etmək üçün müsbət başlanğıcdır. Bu mövzuda təcrübəli psixoloq və psixoterapevtlərlə əlaqə saxlayaraq, daha düzgün yönləndirilə bilərsiniz.

Aytac ASƏFQIZI, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA