“Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib” - Gürcüstanın baş naziri

  • 2019-06-24 12:57:22
  • |
  • Region /

“Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib” - Gürcüstanın baş naziri

"Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”.

Hurriyyet.org xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.

Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz