Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi - FOTO

Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi - FOTO

Ukraynada həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinov “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırılıb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, azərbaycanlı qardaşlar Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko tərəfindən təltif olunublar. Bu mükafat əsasən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, insanların həyatlarını xilas edən şəxslərə verilir.

Xatırladaq ki, yanvarın 19-da Ümid və Sabir Şirinov qardaşları Zayçevski kəndi yaxınlığında yanan avtomobildən bir ailənin üç üzvünü çıxararaq onları ölümdən xilas ediblər. Qardaşların qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılanıb.

Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi
Bir ailəni ölümdən xilas edən azərbaycanlı qardaşlara mükafat verildi

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA