Bir ölkədən 4 komanda iki çempionluq üçün yarışacaq - Avrokubok tarixində ilk

  • 2019-05-10 11:10:11
  • |
  • İdman /

Bir ölkədən 4 komanda iki çempionluq üçün yarışacaq - Avrokubok tarixində ilk

Avrokubok tarixində bir ilk yaşanıb.

Hurriyyet.org xəbər verir ki, ilk dəfə olaraq Çempionlar Liqası və Avropa Liqası finallarında eyni ölkənin təmsilçiləri iştirak edəcək.

İngiltərənin "Tottenhem" və "Liverpul" klubları ÇL-də, "Arsenal" və "Çelsi" isə Avroliqanın həlledici matçında üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-u Bakı Olimpiya stadionunda, Çempionlar Liqasının finalı isə iyunun 1-i "Vanda Metropolitano"da keçiriləcək./qol.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA