Bir zamanlar anti-Putin ovqatlı fin deputat indi Putini təbliğ edir -Səbəb rus ər, yoxsa nələr?

  • 2019-03-07 14:03:00
  • |
  • Dünya /

Bir zamanlar anti-Putin ovqatlı fin deputat indi Putini təbliğ edir -Səbəb rus ər, yoxsa nələr?

“Avropa Yaşıllar partiyasının liderlərindən sayılan, parlamentin finlandiyalı deputatı Heydi Hautalanın Rusiya ilə bağlı anti-korrupsiya qətnaməsinin qəbuluna qarşı gizli surətdə iş apardığı ortaya çıxıb.

Eyni zamanda Avropa Parlamentinin vitse-prezidenti olan H.Hautala İttifaqda “anti-Putin” qərəzinin hökmü sürdüyünü, qanunvericilərin hər nə olursa -olsun Rusiyanı hədəf aldığını qarşısına çıxan hər kəsə söyləyir.

“The Daily Beast” qəzetinin yazdığına əsasən söhbət Rusiya prezidentinin nifrət etdiyi və Kremlin dünyada təcrid oluunmasına gətirib çıxarın məşhur “Maqnitski aktı”ndan gedir.

Xatırladaq ki, Rusiyada dövlət xəzinəsindən oğurlanan 230 milyon dollarlıq pulu ortaya çıxaran Sergey Maqnitski daha sonra “çox şey bildiyi üçün” həyatı ilə vidalaşmalı olmuşdu.

Bu işlə əlaqədar ilk sanksiya xarakterli qərar Barak Obama hökuməti tərəfindən 2012-ci ildə atılıb. Həmin vaxt Ağ Ev administrasyiası Putinə yaxın sayılan 49 dövlət məmuruna qarşı sanksiya tətbiq edib.

Lakin əvvəllər Rusiyada korrupsiya hallarına qarşı çxış edən Heydi Hautala indi radikal surətdə mövqeyini dəyişib.

“The Daily Beast” bunun əsas səbəbi olaraq qadın deputatın vətəndaş nikahında olduğu rejissor Andrey Nekrasovla bağlayır.
A.Nekrasov “Maqnitski qanunları. Kulislər arxasında” Kremlin təbliğat xarakterli filmin rejissorudur.

Məhz bu film 2016-cı ildə Hautalanın yardımları lə Brüsseldə nümayiş olunub.

Daha sonra isə filmin adı başqa bir qalmaqalda xatırlanıb.

Belə ki, film 2016-cı ildə Donald Tramın oğlu ilə görüşərək ona rəqibi Hillari Klinton haqqında gizli məlumatlar verən rusiyalı vəkil Nataliya Veselnitskaya tərəfindən Vaşinqtonda, “Newseum”da nümayiş etdirilib.

Bundan əlavə, Kremlin ABŞ Nümayəndələr palatasındakı vəkili olaraq bilinən konqresmen Dana Rorabaxer və onun dəftərxana müdiri Pol Behrends N.Veselnitskayaya filmi ABŞ-ın ərazisinə keçirməyə yardım göstəriblər. Süjet başdan-ayağa Maqnitski haqqında qanunun qeyri-oyektiv tənqidinə həsr olunubmuş. 2017-ci idlə Dana Rorabaher onu hətta Kaitoliya təpəsində (Konqres) göstərməyə müvəffəq olub. Elə həmin ildəcə Pol Berhends Nümayndlər palatasının xarici əlaqələr üzrə alt komitəsindən qovulub.

“The Daily Beast” Avropa parlamentində 3 qaynağa əsaslanaraq Hautalanın Maqnitski qanununa qarşı mövqeyinin bu günə qədər davam etdiyini yazıb. H.Hautala Rusiya əleyhinə qəbul olunacaq yeni qətnamədə Maqnitskinin adının salınmaması üçün çalışır./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA