Bitkoin 13 min dollara qədər ucuzlaşıb

Bitkoin 13 min dollara qədər ucuzlaşıb

Hurriyyet.org xəbər verir ki, hərracların nəticələri bitkoinin 13 min dollara qədər ucuzlaşdığını göstərib. Dünyada ən populyar kritovalyutanın kursu çərşənbə günü 14 min dolları ötməyib.

“CoinMarketCap” portalının informasiyasına görə, bitkoin 8,7% ucuzlaşaraq – 13,13 min dollara bərabər olub. “Bitfinex” birjasında onun qiyməti 6,3% aşağı düşüb, yəni 13,36 minə, GDAX birjasında 13,47 minə bərabər olub.

Kriptovalyutanın kursunun aşağı düşməsi Seulun virtual valyutalarla ticarəti tamamilə qadağan eləmək qərarından sonra baş verib. Hələ ötən ilin dekabr ayında “Blumberq” agentliyi bildirirdi ki, Cənubi Koreya bazarda spekulyasiyanı məhdudlaşdırmaq üçün kritovalyuta birjalarını bağlamaq niyyətindədir.

Bitkoinlə yanaşı, digər kriptovalyutalar da ucuzlaşıblar.

Kriptovalyutanın kapitalı 628,5 milyard dollardır, bitkoinin payına bu məbləğin təqribən 35 faizi düşür.

Hurriyyet.org

Loading...

QALEREYA