“Biz də təmas xəttinə xüsusi təyinatlılar cəmləşdirmişik...” - ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRİ

  • 2019-06-13 14:53:06
  • |
  • Aktual /

“Biz də təmas xəttinə xüsusi təyinatlılar cəmləşdirmişik...” - ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRİ

Bu gün iyunun 13-də Yerevanda jurnalistlər müdafiə naziri David Tonoyandan təmas xəttindəki vəziyyət barədə soruşublar.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan hazırda vəziyyətin “sabit olduğunu” açıqlayıb.

“Dünənki və bu günkü məruzələrə əsasən hazırkı məqamda vəziyyət qismən stabildir” - Tonoyan qeyd edib.

Jurnalistlər bu dəfə Tonoyandan müharibə təhdidi barədə soruşublar, nazir onları əmin edib ki, əgər müharibə təhlükəsi real olsa bu haqda hökmən məlumat verəcək.

Jurnalistlər əl çəkməyiblər, müdafiə nazirindən təmas xətti boyu Azərbaycan ordusunun pilotsuz təyyarələrinin uçuşları haqda soruşublar. (Bu haqda daha əvvəl qondarma “dqr” rejimi açıqlamışdı). Tonoyan deyib: “Bizim pilotsuz aparatlar da bütün perimetr boyu uçuşlar həyata keçirir”.

Jurnalistlər yenə əl çəkməyiblər, Tonoyana Azərbaycan tərəfinin xüsusi təyinatlılar cəmləşdirməsi haqda xatırladıblar. Tonoyan isə qeyd edib ki, onlar tərəfdən də təmas xəttində xüsusi təyinatlı dəstələr var.

Xatırladaq ki, bu günlərdə David Tonoyan Azərbaycan əsgərinin vurulması əmrini şəxsən verdiyini təsdiqləmişdi və cəbhənin Tərtər istiqamətində əsgərimizi vuran hərbçiləri mükafatlara təqdim etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA