“Biz Əsəd hökuməti ilə razılaşmadan buradan getməyin” - SDQ ABŞ-A ÜZ TUTDU

  • 2019-07-19 18:28:04
  • |
  • Dünya /

“Biz Əsəd hökuməti ilə razılaşmadan buradan getməyin” - SDQ ABŞ-A ÜZ TUTDU

Suriya daxilində ABŞ-ın təminatı ilə muxtariyyət qurmaq istəyirlər

Hurriyyet.org xəbər verir ki, qondarma Suriya Demokratik Qüvvələrinin baş komandiri Fərhad Abdi Şahin, amerikalıları Suriyanı tərk eləməməyə çağırıb. “BBC Türkçə” redaksiyasına müsahibə verən “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin deyib: “ABŞ-ın varlığı müvəqqətidir və İŞİD var olduqca, bu əməkdaşlıq da davam edəcək (beləliklə, İŞİD-in yaranma və Suriya hərbi səhnəsinə çıxarılma səbəbi aydın olur – red.). Rejimin niyyəti belədir: əvvəlcə ora hərbçi olaraq daxil olacaq, sonra uzlaşma olacaq və işi bitirəcək. Koalisiya burada olduğu müddətdə bu yol mümkün deyil.

Beynəlxalq qüvvələr burada olduğu müddətdə Suriya hökuməti bunun mümkün olmayacağını görəcək. Ona görə də bu qüvvələrin burada olması problemin həlli üçün faydalıdır. Mən amerikalılara belə dedim: “Gedə bilərsiniz, bu, problem deyil. Lakin, rejimlə razılaşma əldə elədikdən sonra çıxın. Biz də o zaman sizə deyərik: “Tamam. Vəzifənizi icra elədiniz, artıq başqa bir prosesə başlamağınız gərəkdir”.

Şahin prezident T.Ərdoğan ilə ABŞ prezidenti D.Tramp arasnda təhlükəsiz bölgə məsələsinin gündəmə gəldiyini də bildirib. Şahid deyib: “Biz də SDQ olaraq öz təklifimizi ABŞ-a təqdim elədik. “30 km olmaz, 5 km olar bilər” dedik. Buradakı YPG qüvvələrini çıxara, yerinə yerli qüvvləri qoya bilərik. Bütün şəhərlərdə yerli hərbi məclisləri bunun üçün qururuq. Mənzili Türkiyəyə çatan silahları da çıxara bilərik. Məsələn, 20 km mənzilli silahlarımız var, onları da 20 km uzağa endiririk. Buna qarşılıq Türkiyə də hücum etməyəcəyini öhdəsinə götürsün. Bu sahədə beynəlxalq qüvvələr yerləşdirilsin. Beynəlxalq qüvvələrin içərisində Türkiyənin olmasını isə qəbul eləmirik. Türkiyəni bitərəf güc hesab eləmirik. Biz bu bölgələrdəki suriyalıların yerlərinə dönmələrini də qəbul edirik. Onların gəlməsi üçün çağırış elədik. Onlar deyirlər ki, 30 kilometrlik sahədə qaçqınlar yerləşsin, patrullar arasında Türkiyə əsgərləri də olsun. Bunları qəbul eləmədik”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA