“Bizi görən kimi dedi ki, bunları öldürəcəyəm” - Döyülən həkim

“Bizi görən kimi dedi ki, bunları öldürəcəyəm” - Döyülən həkim

Bərdə rayonunun Qaradəmirçi kəndində təcili tibbi yardım stansiyasının həkimləri döyülüb. Hadisə bu gün saat 08:45-də baş verib. Həkimlər Rəfiqə Abdullayeva, Təranə Qasımova və sürücü Zaur İbrahimov çağırış yerində xəstənin yaxını tərəfindən zorakılığa məruz qalıblar.

Huriyyet.org xəbər verir ki, zərərçəkmiş Təranə Qasımova Azvision.az -a açıqlamasında bildirib ki, hadisə onlar üçün gözlənilməz olub:

“Bu gün səhər saatlarında bizi Qaradəmirçi kəndinə ağır onkoloji xəstə ilə əlaqədar çağırdılar. Saat 08:45-də ora getdik. Biz çatanda xəstə ölmüşdü, səs-küy gəlirdi. Maşından düşməmiş oğlu əlinə dəmir parçası alıb, üstümüzə hücum çəkdi. Maşının şüşələrini qırdı. Şüşə qırıntıları üz-gözümüzə, qolumuza batdı. Biz də qaçıb canımızı qurtardıq”.

T. Qasımova əvvəllər də oxşar hadisələrlə üzləşdiklərini deyib: “Dəfələrlə çağırış yerinə gedib, yardım etmişik. Bəzən belə hallar olur. Həmin şəxsin oğlu bizi görən kimi dedi ki, bunları öldürəcəyəm, niyə çağırmısınız? Sonra da üstümüzə cumdu. Məsələ ilə bağlı polisə müraciət etmişik”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA