BMT-də gərgin anlar: Venesuela və ABŞ rəsmiləri üz-üzə

  • 2019-04-11 12:37:15
  • |
  • Dünya /

BMT-də gərgin anlar: Venesuela və ABŞ rəsmiləri üz-üzə

ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelanın daimi nümayəndəsi Samuel Monkadanın BMT Təhlükəsizik Şurasının iclasını tərk etməsini istəyib.

İclasın görüntüsü Birləşmiş Millətlər Təşkilatının saytında yayımlanıb.

“Hörmətsizlik olmasın, amma cənab səfir, siz burada olmamalısınız. Siz öz prezidentinizin yanına qayıdıb, onun vaxtının çatdığını deməlisiniz”, - deyə amerikalı siyasətçi Venesuela ilə bağlı vəziyyətin müzakirəsi zamanı bildrib.

Monkada təbəssümlə cavab verərək, Pensin müraciətinə məhəl qoymayıb.

Pens Vaşinqtonun Vensuelanın müxalifət lideri Xuan Quaydonun prezident olaraq tanınması ilə bağlı çağırışdan ibarət qətnamə layihəsi hazırladığını əlavə edib./oxu.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA