BMT-nin Avropa İqtisadi Komissiyası ilə əməkdaşlıq

BMT-nin Avropa İqtisadi Komissiyası ilə əməkdaşlıq

Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi layihəsi

Bu beynəlxalq təşkilatın 56 ölkədən üzvü var. Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Böyük Britaniya, ABŞ və Özbəkistan.

BM T İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib. Layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır. Layihə çərçivəsində beynəlxalq təşkilatlarlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və.s), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək. Eyni zamanda, “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də “elektron hökumət” infrasturkturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq da layihədə planlaşdırılıb. BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir. BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, “AzDataCom” şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrinin həyata keçirilməsində əməkdaşlıq edib.

Üzv dövlətlərin dəmir yolu qurumları Bakıda müzakirələri

Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və İran, Çin, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndə heyətləri iştirak ediblər. Yığıncağı giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov açaraq ölkədə dəmir yolu üzrə həyata keçirilən layihələr, infrastrukturun və texniki heyətin müasirləşdirilməsi prosesi, tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan İqbal Hüseynov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir. Nümayəndə heyətlərinin başçıları təmsil etdikləri qurumlarda bu istiqamətdə görülən işlər və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 12-ci iclasından keçən dövr ərzində dəmir yolu sektorunda həyata keçirilən islahatlar haqqında məlumat verdilər. Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

BMT-nin Avropa üzrə Iqtisadi Komissiyası Elmin İnkişafı Fondu

BMT-nin Avropa İqtisadi Komissiyasının (United Nations Economic Commission for Europe - UNECE) nümayəndə heyəti 2018-ci il 03 iyul tarixində Elmin İnkişafı Fondunda olub. BMT-nin iqtisadi qurumlarından biri olan UNECE-yə Avropa ölkələri ilə yanaşı, Kanada, Mərkəzi Asiya respublikaları, həmçinin İsrail və Amerika Birləşmiş Ştatları daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Azərbaycan 30 iyul 1993-ci il tarixindən bu qurumun üzvüdür. Elmin İnkişafı Fondunun icraçı direktorunun iştirak etdiyi görüşdə UNECE-nin SPECA proqramının (Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üzrə BMT-nin xüsusi proqramı) fəaliyyətinə Fond tərəfindən məsləhət dəstəyinin göstərilməsi, eyni zamanda proqram iştirakçısı olan ölkələrlə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri və digər məsələlər görüşün əsas mövzusu olub. UNECE nümayəndələri qeyd ediblər ki, Azərbaycanın müvafiq sahələrdə olan uğurlu təcrübəsi təqdirəlayiqdir və bu təcrübədən digər ölkələrin analoji sahələrinin inkişafı üçün uğurlu bir model olaraq istifadə oluna bilər. İcraçı direktor Elçin Babayev Fondun fəaliyyəti, Azərbaycanda elmin inkişafına göstərilən qrant dəstəyi barədə UNECE nümayəndələrinə geniş məlumat verib, Fondla UNECE-nin əvvəlki illərdə olan əməkdaşlığını xüsusi qeyd edib. Tərəflər qarşılıqlı əməkdaşlıq, həmçinin elmin inkişafına və təcrübə mübadiləsinə beynəlxalq səviyyədə verilə biləcək töhfələri müzakirə edib. Bakıda keçirilən “Elm əsaslı inkişaf üzrə SPECA işçi qrupunun 10-cu sessiyası”na hazırlıq prosesi çərçivəsində baş tutub. Görüşün sonunda müzakirə olunan məsələlər üzrə ümumi razılıq əldə edilib. Görüşdə Anders Jönsson (Chief, Innovative Policies Development Section), Mario Apostolov (Regional Adviser, Economic Cooperation and Trade Division), Christopher Athey (Economic Affairs Officer, Innovative Policies Development Section), xanım Mijidgombo Oyunjargal (Research Assistant, Economic Cooperation and Trade Division) və Roumen Dobrinski (European Innovation Alliance) iştirak etmişlər.

Ticarətin asanlaşdırılmasından iqtisadiyyat nə qazanır?

BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) ticarətin asanlaşdırılması üsullarının 1 nömrəli Tövsiyəsi “BMT-nin xarici ticarət sənədləri üçün formulyar-nümunələri”ni qəbul edib. Daha sonra Ümumdünya Ticarət Təşkilatının 1947-ci il, “Tarif və ticarət üzrə Baş Saziş”ində - maddə V (Azad tranzit), maddə VII (Gömrük məqsədləri üçün malın dəyəri), maddə VIII (İdxal və ixracla əlaqədar yığımlar və formallıqlar), maddə IX (Mənşə haqqında qeydlər) və maddə X (Ticarət qaydalarının nəşri və tətbiqi) - üzvlər üçün beynəlxalq ticarət sövdələşmələrinin həyata keçirilməsinin asanlaşdırılmasına çağıran öhdəliklər öz əksini tapıb. 1970-ci ildə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı elektron gömrük sistemini yaradıb. Bu nüfuzlu qurumun ticarəti asanlaşdırmaq məqsədilə 30-dan çox qərar və tövsiyəsi mövcuddur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) bu tövsiyələrin bir çoxunu İSO standartı olaraq qəbul edib. Bu prosedurlara ticari fəaliyyət üçün sənəd formatı, ölkə kodları, tarix və zamanın rəqəmsal olaraq göstərilməsi, təslimetmə formaları, valyutanın əlifba sırası ilə göstərilməsi, bir pəncərə sistemi, ödəmə və daşıma formasının kodları və.s daxildir. Bundan əlavə, Ümumdünya Ticarət Təşkilatının bir neçə sazişləri də ticarətin asanlaşdırılmasına aiddir. Bunlara Gömrük dəyəri üzrə Saziş, İdxal lisenziyalaşdırılması üsulları üzrə Saziş, Yükləmədən əvvəl yoxlama üzrə Saziş, Mənşə ölkəsi qaydaları üzrə Saziş, Ticarətdə texniki maneələrə dair Saziş, Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə sazişlər aiddir. 1953-cü ildə isə fəaliyyətə başlayan və rəsmi olaraq 1994-cü ildə Ümumdünya Gömrük Təşkilatı adını alan təşkilatın vəzifəsi isə gömrük idarələrinin effektivliyini artırmaq və beynəlxalq qaydaları müəyyənləşdirməkdir. Ümumdünya Gömrük Təşkilatının “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyası (dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası) (Azərbaycan Respublikası bu Konvensiyaya 9 dekabr 2003-cü ildə qoşulub), 2005-ci ilin iyununda qəbul etdiyi “Dünya Ticarətinin Təhlükəsizliyi və sadələşdirilməsi - “Çərçivə Standatları” strategiyası və digər instrumentariyaları Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə müəyyən edilən yüksək prinsiplərin həyata keçirilməsini praktiki vasitələrlə təmin edir. Əsasən dəyişdirilmiş Kioto konvensiyası və onu müşayiət edən rəhbəredici normalar Ümumdünya Ticarət Təşkilatının yüksək prinsiplərinin həyata keçirilməsinin praktiki rəhbərliyini və əsasını təşkil edir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 2006- ci ildə apardığı araşdırmaya əsasən, bir ticari prosedurun 30-a qədər tərəfi, 40-a yaxın sənədi və 200-ə qədər fərqli məlumat bazası var. Bütün bu məlumatların 70 faizini ən az bir dəfə yoxlamaq tələb olunur. Bu isə artıq vaxt itkisidir. Dünya Bankının 2010-ci ildə Effektiv Loqistika İndeksi sənədinə görə beynəlxalq səviyyədə ticarəti asanlaşdıraraq onun həcmini yarı-yarıya artırmaq iqtisadiyyatda 377 milyard dollar (9,7 faiz) məbləğində böyüməyə səbəb ola bilər. Eyni sənəddə qeyd olunan başqa bir məlumatda bildirilir ki, sadəcə gömrük prosedurlarının asanlaşdırılması isə dünya miqyasında iqtisadiyyatda 33 milyard dollarlıq böyümə yarada bilər.

Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq

“BakuTel-2011” 17-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə UNECE-nin “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfrans və BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) “Biliklərə əsaslanan inkişaf” layihəsi üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib. “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda keçirilən beynəlxalq konfransda informasiya və kommunikasiya texnologiyalarının innovativ inkişafda olan iqtisadiyyat müstəvisində sahibkarlıq, dövlət və özəl tərəfdaşlıq məsələləri müzakirə mövzusu olub. Bu konfrans mövcud potensialın gücləndirilməsi və biliklərin bölüşdürülməsi komponentlərindən ibarət olmaqla qərar qəbuletmə səlahiyyətinə malik yüksək səviyyəli şəxslər və biznes liderləri arasında təcrübə mübadiləsinə imkan yaradacaq.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA