BMT Təhlükəsizlik Şurası və Azərbaycan

BMT Təhlükəsizlik Şurası və Azərbaycan

II yazı

Azərbaycanın 2012-ci il may ayında BMT TŞ-na sədrlik etdiyi dövrdə ən mühüm müvəffəqiyyəti mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi idi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin baş katibi Ban Ki-Moon və Təhlükəsizlik Şurasının digər yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.

Beynəlxalq üstünlüy çərçivəsindəki yerimiz

Konfransın yekununda bəyanat qəbul olunmuş, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pislənmiş, terrorizmin xasiyyətinin və təbiətinin dəyişildiyi qeyd olunmuş, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmə öhdəliyini həyata keçirməyə və terrorçuluqda iştirak edən, onunla bağlılığı olan istənilən şəxs və ya qurumlara hər cür yardım etməkdən çəkinməyə çağırılmışdır. Bir də təsdiqlənmişdirki, səmərəli əks-terror tədbirləri insan haqlarına, azadlıq prinsiplərinə, qanunlara riayət edilməsi ilə həyata keçirilməli və gücləndirilməlidir. Dini və mədəni müxtəlifliyə bütün dünyada hörmət və anlaşma ilə yanaşmağın vacibliyi vurğulanmışdır. Şura üzv dövlətlər arasında əməkdaşlığın və birliyin möhkəmləndirilməsi, xüsusilə ikitərəfli və çoxtərəfli razılaşma yolu ilə terror hücumlarının qarşısının alınması və aradan qaldırmasının vacib olduğunu qeyd etmiş, dövlətləri əməkdaşlığın və fəaliyyətlərin koordinasiyalarını beynəlxalq, regional və subregional müstəvidə genişləndirməyə və gücləndirməyə çağırmışdır. Şura eyni zamanda əks-terror öhdəliklərinin səmərəli təminatını təşkil etmək üçün Beynəlxalq Millətlər Təşkilatının idarəedici və yardımçı qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır. Ermənistan və Azərbaycan arasında davam edən konfliktlə bağlı müxtəlif məsələlərlə əlaqədar, Azərbaycan daima dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinin və Təhlükəsizlik Şurasının uyğun qərarlarının təmin olunmasının əhəmiyyətini vurğulayır və konflikt ərzində baş vermiş ciddi beynəlxalq cinayətkarlıq aktlarının hələ də cəzasız qalmasına son qoyulmasına çağırır. 2012-ci il mayın 4-də Təhlükəsizlik Şurasında konfransdan öncə prezident İlham Əliyev öz çıxışında bildirmişdir: - “Azərbaycanlıların etnik təmizlənməsi siyasəti Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizinin işğalı və 1 milyondan artıq insanın öz doğma yurd-yuvalarından qovulması ilə nəticələnmişdir. Təhlükəsizlik Şurası erməni ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir.Lakin təəssüf ki, artıq 20 ildir ki, Ermənistan bu qətnamələri yerinə yetirməmişdir.”

Xarici işlər naziri Elmar Məmmədyarov Təhlükəsizlik Şurasının 12 fevral 2013-cü ildə keçirilən növbəti sessiyasında bildirmişdir: “Qonşu Ermənistan tərəfindən ölkəmə qarşı başlanan müharibə və torpaqlarımızın erməni hərbi qüvvələri tərəfindən işğalı sivil vətəndaşlara ciddi təsirə səbəb olmuşdur. Bu təcavüzün nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünə sahib olaraq qalmaqdadır.Hazırda ölkədə olan hər doqquz nəfərdən biri bu kateqoriyaya daxildir. 21 il öncə Xocalıda Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Bir gecədə 600-dən çox sivil vətəndaş yalnız azərbaycanlı olduğuna görə qətlə yetirildi.Erməni hərbi qüvvələri və yaraqlılar nə qadınlara, nə uşaqlara, nə də yaşlılara aman vermədilər. Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin hamısında (822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993)) beynəlxalq insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.Biz əminik ki, ardıcıl olaraq milli səviyyədə atılan addımlar və eyni zamanda, mövcud beynəlxalq hüquq sistemi münaqişə dövründə dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlərin iştirakçıların məsuliyyətə cəlb etməklə ədalətə xidmət edəcəkdir”.

BMT səviyyəsində atılan addımlar

Elmar Məmmədyarov oktyabrın 28-dəki çıxışında qeyd etmişdir: “Ermənistanın işğalçılıq siyasətinin müvəffəqiyyət qazanmağa heç bir imkanı yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi, vahid və ayrılmaz tərkib hissəsidir. Münaqişənin həllinə və iki ölkə arasında qonşuluq münasibətlərin qurulmasına nail olmaq üçün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməli, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməli, qaçqınların və məcburi köçkünlərin hüquqlarını, öz doğma evlərinə qayıtmalarını təmin etməlidir”.

Təhlükəzlik Şurasına üzv olduğumuz müddət ərzində Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərini əhatə edən çoxlu sayda məruzələr hazırlanmış və Baş Assambleyanın və Təhlükəzlik Şurasının sənədi kimi yaymışdır. Məsələn, Ermənistan hərbi qüvvələrinin mütəmadi olaraq atəşkəsi pozması və işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti barədə müntəzəm məruzələr, azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqları və Ermənistanın məsuliyyəti, “Xocalıda qətliam: cinayətkarlar, qeyd-şərt və beynəlxalq hüquq qarşısında məsuliyyət” adlı memorandum və Ermənistanın Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) saylı qətnamələrinə məhəl qoymaması ilə bağlı araşdırma.

Azərbaycan mayın 30-da “mübahisələrin qarşısının alınması və həlli, münaqişələrin sülh yolu ilə nizama salınması: vasitəçilik, qanuni nizama salma və ədalət” mövzusunda Təhlükəsizlik Şurasının qeyri-formal Aria-formul konfransını təşkil etmişdir. Konfransda Təhlükəsizlik Şurasının təmsilçiləri ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının daimi və müşahidəçi üzvləri, BMT Katibliyi, digər beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri və akademik icmalar iştirak etmişdir.Konfransın əsas məqsədi mübahisələrin sülh yolu ilə həlli və münaqişələrin qarşısının alınması və nizama salınması mövzusunda Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında müzakirələr aparmaq, beynəlxalq hüquqa əsaslanan davamlı sülhün və barışın təbliğ edilməsində vasitəçiliyin, hüquqi razılaşmanın və qanunun rolunun qiymətləndirilməsi olmuşdur.Konfransda əsas spikerlər Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov və Kembric universitetinin Beynəlxalq Hüquq üzrə Leuterpakt Mərkəzinin elmi rəhbəri Malkom N. Şou olmuşdur. Afrika qitəsində baş verən qaynar hadisələr uzun müddət idi ki, Şuranın diqqət mərkəzində idi.Şuranın gündəlik işinin 60 faizdən çoxu Afrika məsələlərini əhatə edirdi və BMT-nin sülhü qoruma əməliyyatlarının yarısı bu qitəyə səfərbər olunmuşdur.Azərbaycanın Təhlükəsizlik Şurasına başçılıq etdiyi müddətdə Şura mayın 18-dən 24-nə kimi davam edən Qərbi Afrika (Liberiya, Cote d`İvoire and Sierra Leone), 3-9 oktyabrda isə Afrikanın Böyük Göllər regionuna (Kongo Demokratik Respublikası, Ruanda, Uqanda və Həbəşistan) missiyalar həyata keçirdi. İkinci missiyanın bir hissəsi kimi oktyabrın 8-də Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının Əddis Əbəbədə illik 7-ci ümumi konfransı keçirildi və görüşün sonunda Təhlükəsizlik Şurasının sənədi kimi birgə kommunike tərtib edildi. Bu konfransa BMT Təhlükəsizlik Şurasının oktyabr ayı üçün sədri qismində Azərbaycan Respublikası və Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurasının sədri kqismində isə Ekvatorial Qvineya həmsədrlik etmişdir.Bundan əlavə, oktyabrın 31-də Azərbaycanın Daimi Nümayəndəliyinin başçısı Aqşin Mehdiyevin başçılığı altında Təhlükəsizlik Şurası ilə Afrika Birliyinin İcraedici Şurasının Əlaqə Qrupu arasında qeyri-formal dialoq keçirilmişdir. Dioloqun əsas mövzusu 2013-cü il 21 oktyabr tarixində Keniyanın BMT-dəki daimi nümayəndəliyinin Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Baş Katib və Təhlükəsizlik Şurasının Başçısına ünvanlandığı təklifinin müzakirəsi idi.

Əməkdaşlıq və atılan uğurlu addımlar

Azərbaycan Orta Şərq, Asiya, Avropa və Latın Amerikasında sülh və sabitliyin təbliğinə, eyni zamanda BMT, regional və subregional təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsində əks-terrorizm, transmilli cinayətkarlığa qarşı mübarizə, silahlı münaqişələrdə mülki vətəndaşların müdafiəsi, uşaqlar və silahlı münaqişə, qadınlar və sülh və təhlükəsizlik problemləri, hüquqi idarəçilik kimi tematik məsələlərin konseptual və normativ inkişafına bərabər səviyyədə diqqət ayırmışdır. 28 oktyabr 2013-cü ildə Azərbaycan Təhlükəsizlik Şurasına rəhbərliyinin bir hissəsi kimi BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilini həyata keçirmişdir.İƏT-in baş katibi Ekmeleddin İshanoğlu və BMT-nin baş katibi Ban Ki-moon ilə bərabər Təhlükəsizlik Şurası üzvlərinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransa Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov başçılıq etmişdir.Konfransın əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və hər iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi üçün BMT və İƏT arasındakı əlaqələrin nəzərdən keçirilməsi olmuşdur. Konfransın nəticəsi olaraq, qəbul edilən bəyanatda (S/PRST/2013/16) İƏT-in BMT-nin işlərindəki aktiv rolu Təhlükəsizlik Şurası tərəfindən tanınmış, preventiv diplomatiya, sülhyaratma və sülhün qorunması sahəsində iki təşkilat arasında müntəzəm sürətdə aparılan dialoq tanınmış, BMT və İƏT-in İsrail-Fələstin münaqişəsinin həllində, Suriyadakı münaqişənin siyasi həllinin 30 iyun 2012-ci il Cenevrə kommünikesi əsasında mümkün olduğuna eyni məqsədlərin olduqları, digər münaqişələrin isə BMT-nin Nizamnaməsi və Təhlükəsizlik Şuranın müvafiq qətnamələri əsasında həll olunmasına eyni yanaşmaların olduğunu təsdiq etmiş, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında anlaşmanın və sülh və dözümlülüyün inkişaf etdirilməsi yolunda qlobal dialoqun önə çəkilməsinin əhəmiyyəti vurğulanmış və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında İƏT ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Oktyabr ayında Azərbaycan Orta Şərqdə vəziyyətlə bağlı Qadın, sülh və təhlükəsizlik, Təhlükəsizlik Şurasının fəaliyyət metodları mövzusunda 3 açıq müzakirə təşkil etmiş və Beynəlxalq Məhkəmənin sədri hakim Peter Tomka ilə görüş keçirmişdir. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Konqo Demokratik Respublikası ilə əlaqədar 1533(2004) saylı qətnamənin yerinə yetirilməsi ilə məşğul olan komitəyə rəhbərlik etmişdir.

Təhlükəsizlik Şurasında üzv olduğu iki il müddətində Azərbaycan Beynəlxalq Millətlər Təşkilatına üzv dövlətlər, BMT Katibliyi, regional və subregional təşkilatlar, mülki cəmiyyətlər və akademik dairələrlə əməkdaşlığını daha da genişləndirmiş və inkişaf etmişdir.

Azərbaycan 1999-cu ildən bəri BMT TŞ mandatı əsasında aparılan bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə vermişdir. Azərbaycan indiyədək BMT TŞ-nin 1244(1999) saylı qətnaməsi əsasında NATO-nun rəhbərliyi altında keçmiş Yuqoslaviyanın Kosovo bölgəsində (KFOR) və 1386(2001) saylı qətnaməsi əsasında Əfqanıstanda (ISAF), 1511(2003) saylı qətnaməsi əsasında İraqda (MNF-I) aparılan sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan BMT TŞ-nin 2189(2014) qətnaməsi əsasında Əfqanıstanda NATO-nun komandanlığı altında aparılan “Qətiyyətli dəstək” əməliyyatında iştirak edir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA