“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri içərisində centlmenlər qalmayıb” - LAVROV

  • 2019-02-25 14:45:06
  • |
  • Dünya /

“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri içərisində centlmenlər qalmayıb” - LAVROV

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında qeyri-formal razılaşmalara əməl olunmasında sonuna qədər güvəniləcək dövlətin olmadığını deyib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri bu sözləri “Valday” diskussiya klubunun Vyetnamın Diplomatik Akademyası ilə birlikdə təşkil etdiyi “Narahat dünyada beynəlxalq əməkdaşlıq” adlı konfransda çıxış edərkən işlədib.

Sergey Lavrov bunu Vyetnamın BMT Təhlükəsizlik Şurasının üzvünə çevrilmək istəyinə münasibət bildirərkən deyib.

“Bizim Şuranın 5 daimi üzvü ilə centlemen razılaşmamız mövucuddur. Hərçənd orda artıq centlemen-filan qalmayıb, lakin razılaşma hələ yerindədir. Düzü, yeni namizədləri dəstəkləməklə bağlı onlardan hansı ilə danışacağımızı bilmirəm, - deyə Lavrov yarızarafat-yarıcıddi şəkildə fikrini ifadə edib.
Lakin o, ən sonda Vyetnamla bağlı ümumi rəyin müsbət olduğunu sözlərinə əlavə edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA