“Boeing” “737 Max” təyyarəsinin tədarükünü dayandırdı

“Boeing” “737 Max” təyyarəsinin tədarükünü dayandırdı

“Boeing” şirkəti “737 Max” modelindən olan sərnişin təyyarələrinin istehsalını davam etdirir. Bununla belə, onların tədarükünü müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Hurriyyet.org xəbər verir ki, şirkətin rəsmi nümayəndəsi açıqlama verib.

“737 Max” təyyarələri ilə uçuşların müvəqqəti olaraq dayandırılması ilə əlaqədar “737 Max” modelinin tədarükünü dayandırırıq”, – deyə “Boeing” nümayəndəsi bildirib.

Tədarükün nə vaxt bərpa olunacağını açıqlamasa da, qeyd olunan təyyarələrin istehsalının davam etdiyini vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqı, Rusiya, Türkiyə və digər ölkələr Efiopiyada baş verən aviaqəza ilə əlaqədar “Boeing 737 Max 8” hava laynerlərinin istismarına qadağa qoyub.

Xatırladaq ki, martın 10-da Efiopiyada baş verən faciə 157 nəfərin həyatına son qoymuşdu./yenicag.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA