Bölgəyə silah-sursat topladılar - ABŞ-dan HƏRBİ HƏMLƏ

  • 2018-12-05 16:20:22
  • |
  • Dünya /

Bölgəyə silah-sursat topladılar - ABŞ-dan HƏRBİ HƏMLƏ

ABŞ Ərbildəki Harir hərbi hava bazasını genişləndirir

Hurriyyet.org xəbər verir ki, ABŞ İraqın Ərbil vilayətində, Ərbil şəhər mərkəzindən təqribən 65 km məsafədə yerləşən “Harir Hərbi Hava Bazası”nı genişləndirməyə başlayıb. Birləşmiş Ştatlar bu bazadan əvvəllər Bass rejimini devirmək və İŞİD-ə qarşı əməliyyatlar aparmaq üçün istifadə edib.

Türkiyənin “Anandolu Agentliyi”nin hava bazasının yerləşdiyi Harir ilə Basırma qəsəbəsi ətrafındakı kənd sakinlərindən aldıqları məlumata görə, İŞİD terror təşkilatı ilə mübarizə üçün 2015-ci ildən indiyə qədər bazadan istifadə edən ABŞ bazanı genişləndirmək məqsədilə yüzlərlə hektar ərazinin ətrafını məftillə çəpərlətdirib. Sakinlər silah və hərbi ləvazimat daşıyan yük təyyarələrinin daha çox gecə saatlarında gəldiklərini bildirib. Bazaya enən təyyarələrdəki silah-sursatın Suriyanın şimalında yuva salmış PYD/PKK terror təşkilatına tırlarla göndərildiyi bildirilir.

Hava bazasının genişlənməsi üzündən Hırvatan, Batal, Başur, Sirsura, Balyan kəndlərində yaşayan ailələrin hər biri təqribən 4-5 hektarlıq əkin üçün yararlı ərazini itirib.

ABŞ-ın bölgədəki nüfuzu artırmı?

Vaşinqton hökuməti iyulun 6-da Ərbildə 5 hektarlıq ərazidə ümumilikdə 795 milyon dollara başa gələcək və tikintisi 2020-ci ilə qədər davam edəcək baş konsulluğun təməlqoyma mərasimini keçirmişdi. Şimali İraq Kürd Muxtariyyətinin xarici əlaqələr üzrə məsul şəxsi Felah Mustafa, 2017-ci ilin yanvarında yerli mediyaya müsahibəsində ABŞ-ın dünyadakı ən böyük konsulluq iqamətgahının Ərbildə inşa ediləcəyini bildirmişdi.

ABŞ Suriyanın şimalındakı PKK/PYD terrorçularını silahlandırmaq üçün 2015-ci ildən bəri Ərbil beynəlxalq hava limanından və Harir hərbi bazasından fəal şəkildə istifadə edir.

İran sərhədinə ən yaxın hərbi baza

Harir hərbi bazası İraqın devrilmiş lideri Səddam Hüseyn tərəfindən İran ilə İraq arasında təqribən 8 il davam edən müharibə dövründə inşa edilib. Hariri İran sərhədinə ən yaxın (115 km) məsafədə yerləşən hərbi bazadır. Səddamın təlimatı ilə burada qırıcıların qalxıb-enməsi üçün 2 km uzunluğunda eniş zolağı inşa edilib.

1991-ci ildə Şimali İraq muxtariyyət elan edildikdən sonra baza Barzaninin lideri olduğu Kürdistan Demokrat Partiyasının ixtiyarına keçmişdi.

İraqı işğal elədiyi dövrdə, 2003-cü il martın 23-də ABŞ-ın 173-cü hava eniş bölmələrindən 1000 nəfər hərbçisi paraşütlə Harirdəki hava bazasına enmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA