“Bolqarıstan Rusiyanın NATO-dakı “Troya atı” deyil” - BAŞ NAZİR BORİSOV

“Bolqarıstan Rusiyanın NATO-dakı “Troya atı” deyil” - BAŞ NAZİR BORİSOV

Hurriyyet.org xəbər verir ki, Bolqarıstanın baş naziri Boyko Borisov deyib: “Bolqarıstan Rusiyanın NATO-dakı Troya atı deyil, tamamilə əksinə, Bolqarıstan NATO-nun ən intizamlı üzvlərindən biridir”.

Borisov iki günlük rəsmi ziyarət çərçivəsində paytaxt Sofiyaya gələn NATO baş katibi Yens Stoltenberq ilə görüşdən sonra Nazirlər Kabinetində keçirilən birgə mətbuat konfransında çıxış edib. Borisov Bolqarıstanın silahlı qüvvələrində modernləşdirilmənin aparılması ilə bağlı qərar verdiklərini bildirərək, ölkəsinin NATO üzvlüyünə sadiq olduğunu vurğulayıb.

Boyko Borisov deyib: “Bolqarıstan Rusiyanın NATO-dakı Troya atı deyil, tamamilə əksinə, Bolqarıstan NATO-nun ən intizamlı üzvlərindən biridir”.

Rusiyanın baş naziri Dimitri Medvedevin 4-5 mart tarixində Sofiyaya səfər edəcəyini də xatırladan Borisov deyib: "Stoltenberq, Medvedevin səfər edəcəyi açıqlamasındn çox əvvəl aldığı dəvətə görə gəlib. Onunla enerji sahəsində heç bir danışıq aparmadıq – bu məsələ gündəmdə deyil. Digər tərəfdən, Rusiya ilə dialoq axtarışındayıq. Ancaq biz də güclü olub bu dialoqda bərabər səviyyəli olmalıyıq”.

Borisov Stoltenberq ilə görüşündə Kosova, Serbiya və Şimali Makedoniya məsələlərini də müzakirə elədiklərini bildirib.

Stoltenberq deyib: "Bolgarıstan Qara dənizdə, Kosovada və Əfqanıstanda da strateji rola malikdir. NATO-nun qiymətli müttəfiqi olan Bolqarıstanın bizə qarşı məsuliyyətli mövqeyi bizim üçün çox mühümdür. Bolqarıstanın Şimali Makedoniyanın NATO üzvü olması üçün verdiyi dəstəyə görə də çox minnətdarıq”.

Bolqarıstanın müdafiə sektoruna daha çox sərmayə qoymasına təşviq etdiklərinə işarə vuran Stoltenberq deyib: “Biz yeni bir Soyuq müharibə istəmirik. Lakin Rusiyanı da orta mənzilli raketlərlə bağlı razılaşmamıza sadiq olmağa çağırırıq. Rusiyanın malik olduğu raketlər silahlı toqquşma zamanı Avropa şəhərlərinə qədər gəlib çata bilər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA