“Bolton öz missiyasını yerinə yetirdi” - POLİTOLOQ

“Bolton öz missiyasını yerinə yetirdi” - POLİTOLOQ

“Yeni namizədin Qafqaza maraq göstərməyəcəyi birmənalıdır”

“Silahlanmaya qarşı nəzarət Boltonun sayəsində heçə endirildi. Məhz o, hələ 2000 ci illərin əvvəllərində Moskvaya gələrək nüvə silahı ilə bağlı ABŞ-ın bütün razılaşmalardan çıxacağı haqda bəyan etmişdi. “Bundan sonra, siz, Rusiya, nə istəyirsiniz edə bilərsiniz, Biz bütün razılaşmalardan çıxacayıq”. Keçən ilin payızında isə, Kremldə görüşü zamanı ABŞ-ın müqavilələri tərk edəcəyini birbaşa olaraq Rusiya rəhbərliyinə çatdırmışdı”. Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Politoloqlar klubunun rəhbər Zaur Məmmədov deyib.

Картинки по запросу Zaur Məmmədov

“Boltonun adı qarşısında yenidən silahlanma yarışını davam etdirəcək iki müqavilə var”

“Göründüyü kimi, bığ Bolton uzun illərdi ki, ABŞ ın dərin dövlət maraqlarının reallaşdırılması ilə məşqul idi. Maraqlıdı, elə deyilmi? Beləliklə, onun adı qarşısında yenidən silahlanma yarışını davam etdirəcək iki müqavilə var : raket əleyhinə müdafiə və yaxın və orta mənzilli raketlərlə bağlı razılaşmaların ləğvi”,-deyə politoloq əlavə edib.

“Boltonun gedişi Rusiya və İran kimi ölkələri sevindirməyə bilməz”

Z. Məmmədov qeyd edib ki, Bolton öz missiyasını yerinə yetirdi: “Pentaqon və ona yaxın şirkətlər məmnundular. İndi, o gedə bilərdi və getdi də. Bu arada onun gedişi Rusiya və İran kimi ölkələri sevindirməyə bilməz. Düzdür, ABŞ-ın bu ölkələrə qarşı ənənəvi siyasəti davam edəcək. Amma bir qədər yumşaq və fərqli formada”.

“Bölgədəki bütün hadisələr Kremlin nəzarəti altında davam edəcək”

Məmmədov Boltonun istefasını Azərbaycan aspektindən də nəzərdən keçirib: “ABŞ-ın ən son Klinton dönəmində Cənubi Qafqazda fəal olduğunu nəzərə alsaq ( Buş dönəmində ABŞ Azərbaycandan yalnız istifadə edirdi), uzun müddət idi ki Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə biganə yanaşırdı. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var. Bu haqda yazmaq uzun olar. ABŞ-ın son iki ildə Cənubi Qafqazda fəallaşmasını Boltonun adına yazmaq olardı. Hətta KİV də “Bolton planı”ndan, Lavrovun Boltonun Cənubi Qafqaza siyasi müdaxiləsindən qəzəbləndiyi haqqında da yazılar gedirdi. Nə isə, o getdi. Yeni namizədin Qafqaza maraq göstərməyəcəyi birmənalıdır. Bölgədəki bütün hadisələr Kremlin nəzarəti altında davam edəcək”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA