Botanika İnstitutunda polinoloji tədqiqatlar aparılacaq

Botanika İnstitutunda polinoloji tədqiqatlar aparılacaq

AMEA Botanika İnstitutunun doktorantları Şəhla Mirzəyeva və Şəbnəm İsayeva Ukraynanın Kiev şəhərində UMEA M. Q. Xolodnov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.  Ezamiyyət çiçəkli bitkilərin sistematikası və floristikası, xüsusilə polinologiya və mikromorfologiyasının öyrənilməsi məqsədi ilə təşkil olunub.  
Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumatda bildirilir ki, gənc mütəxəssislər ezamiyyət müddətində həmin İnstitutunun Mikromorfologiya və Paleopalinologiya laboratoriyası müdiri, b.ü.e.d. Z. M. Simbalyukun rəhbəriliyi ilə bitki çiçəyinin tozcuq və sporlarınınn polenoloji analizlərinin aparılması üçün Wudhouse və Erdman metodlarının istifadəsini mənimsəyiblər.
AMEA Botanika İnstitutu ilə UMEA M.Q. Xolodnov adına Botanika İnstitutu arasında bağlanmış razılaşma memorandumu çərçivəsində polinologiya (çiçəyin erkəkcik tozcuqlarının mikroskop səviyyədə müşahidəsi ilə bitkinin növünün təyinatı) istiqamətində tədqiqatların aparılması məqsədi ilə mütəxəssislərin təkmilləşdirilməsi nəzərdə tutulub.

  • Hamısı
  • Loading...