“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-in Paşinyana sərt və istehzalı cavabı

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-in Paşinyana sərt və istehzalı cavabı

“Böyük siyasətdə “küçə demokratiyası”nın qaydalarını deyil, qəbul edilmiş və tamamilə aydın etiket normalarını rəhbər tutmaq lazımdır”.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana cavab olaraq çıxış edib.

Bundan əvvəl Paşinyan jurnalistlərə bildirmişdi ki, Belarus prezidenti Aleksandr Lukaşenkodan KTMT-nin Astana sammitində baş verənləri bloka üzv olmayan Azərbaycanın səfiri ilə müzakirə etdiyi üçün izahat istəyəcək. Paşinyana görə 30 ildir dövlətə başçılıq edən təcrübəli siyasətçinin belə hərəkəti anlaşılan deyil.

Aleksandr Lukaşenko bu günlərdə Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edərək həm prezident İlham Əliyevin Belarusa qarşıdakı səfərini, həm KTMT sammitində Ermənistan nümayəndəsinin baş katib seçilməsi məsələsi ətrafında baş verənləri müzakirə edib. Bunun ardınca Azərbaycan prezidenti Belarusun Bakıdakı səfirini qəbul edərək Ermənistan rəhbərliyinə ünvanlanmış sərt mesajlar verib.

“Görünür Ermənistan baş nazirinin səlahiyyətlrini icra edən şəxs özünü cəzalandırmaq, yaxud əfv etmək səlahiyyətlərinə malik beynlxalq prokuror zənn edir”-Belarus XİN-in mətbuat katibi bildirib.

Aleksandr Qlaz əlavə edib ki, Ermənistan rəhbərinin bu davranışı ola bilsin KTM-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı məqbul görünə bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə aydın protokol və etiket qaydaları var.

“Yəqin Paşinyan hələ başa düşməyib ki, “küçə demokratiyasının” qaydaları böyük siyasətdə işləmir. Təəsüf, ümid edirik ki, zaman ötdükcə keçib gedəcək”-Aleksandr Qlaz Paşinyana istehza ilə bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz