Braziliya çempionatında hakim oyun vaxtı öldü - VİDEO

  • 2019-05-14 11:02:24
  • |
  • İdman /

Braziliya çempionatında hakim oyun vaxtı öldü - VİDEO

Futzal üzrə Braziliya çempionatında xoşagəlməz hal yaşanıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyun hakimin ölməsi səbəbindən davam etdirilməyib.

Matın referisi İsildo Fabiano Byançi da Silva görüşün gedişi zamanı özünü pis hiss edərək, huşunu itirib. Öncə futbolçular, ardınca isə həkimlər 44 yaşlı ədalət təmsilçisinə yardım etməyə çalışıb. Bundan sonra o, xəstəxanaya aparılsa da, həyata qaytarmaq mümkün olmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA