Braziliya prezidenti öz oğlunu ABŞ səfiri təyin etmək istəyir: "Trampın uşaqları ilə dostluq edir"

Braziliya prezidenti öz oğlunu ABŞ səfiri təyin etmək istəyir: "Trampın uşaqları ilə dostluq edir"

Braziliya prezidenti Jair Bolsonaru öz oğlu Uduardu Bolsonarunu ölkəsinin ABŞ-dakı səfiri təyin etmək istəyir.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu J.Bolsonaru jurnalistlərə açıqlamasında deyib.

Braziliya lideri bildirib: "Bu məsələyə baxılır, mən bunu istisna etmirəm. O, ABŞ prezidenti Donald Trampın uşaqları ilə dostluq edir, ingilis və ispan dillərini bilir, xaricdə həyat təcrübəsinə malikdir. Mənim fikrimcə, o bu vəzifəyə çox uyğun gəlir və Vaşinqtonda [iş ilə] çox yaxşı bacarar".

E.Bolsonaru "GloboNews" telekanalına müsahibəsi zamanı bildirib ki, prezidentin ona tapşıracağı hər missiyanı yerinə yetirməyə hazırdır.