Braziliyada kilsədəkilər atəşə tutuldular - ÖLƏNLƏR VAR

  • 2019-05-22 11:42:50
  • |
  • Dünya /

Braziliyada kilsədəkilər atəşə tutuldular - ÖLƏNLƏR VAR

Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində kilsədə 3 nəfər ölüb. Məlumatda bildirilir ki, həmin şəxs bir müddət öncə evində nişanlısını güllələdikdən sonra kilsəyə gəlib.

Atəş açan şəxsin 39 yaşlı Rudson Araqon Qimaraeş olduğu bildirilib. Onun hava qüvvələrinin keçmiş hərbçisi olduğu qeyd edilir.

Polis nümayəndəsi həmin an kilsədə 20 nəfərin olduğunu deyib. Polisin hadisə yerinə yaxın oması və dərhal reaksiya verməsi hadisənin daha böyük tələfatla bitməsinin qarşısını alıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA