Əbrəqunusdan Əbrəqunusa "ağıllı kənd" fərqi... Qüdrət Həsənquliyev virtual "qeyri-rəsmi" cavab

  • 2019-02-21 23:15:04
  • |

Əbrəqunusdan Əbrəqunusa "ağıllı kənd" fərqi... Qüdrət Həsənquliyev virtual "qeyri-rəsmi" cavab

Qəzetimizin deputat Qüdrət Həsənquliyevdən aldığı son müsahibə Naxçıvanda ciddi rezonans doğurub.

“Hürriyyət” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan müsahibənin altında rəy yazan bəzi şəxslər millət vəkilinə öz iradlarını bildirir və Əbrəqunus kəndinə aid olan bəzi şəkilləri bölüşürlər.

Həmin şəkillərdə abad bir kəndin yeni tikilmiş məscidi və kəndə gedən yol əks olunur. Deputata etirazını bildirən İlkin Cəlilovun bir fikri isə xüsusilə diqqətəşayandır. İlkin bəy Əbrəqunusdakı şərab zavodunun baxımsızıqdan dağılmadığını, əksinə, dindar əbrəqunusluların xətrinə tikintisinin dayandırıldığını iddia edir. Onun sözlərinə görə, artıq Əbrəqunusda şərab zavodunun əvəzinə məscid ucalır və bu, kəndin dindarlarına verilmiş hədiyyədir.

İstehsal sahəsinin əvəzinə ibadətxana tikilməsinin iqtisadi baxımdan nə dərəcədə uzaqgörən siyasət olduğunu oxucuların mühakiməsinə buraxaraq, Qüdrət Həsənquliyevin iddialarına yazılmış cavabları Muxtar Respublikanın rəsmi mövqeyi olaraq alqılayır və söz verdiyimiz kimi, alternativ fikrə hörmət naminə oxucularımıza təqdim edirik. Muxtar Respublika rəhbərliyinin rəsmən və ya zəhmətkeşlər vasitəsilə əlavə nə açıqlaması olarsa, yenə də dərc etməyə hazırıq.

Deputata cavablara keçmədən əvvəl onu da qeyd etməyi lazım bilirik ki, Naxçıvan “seçiciləri” Qüdrət Həsənquliyevi tənqid atəşinə tutduğu bir zamanda Əbrəqunus sakinlərindən biri bizə kəndin inzibati binalarının da şəkillərini çəkib göndərdi. “Hürriyyət” qazeti olaraq, hər iki tərəfin mövqeyinə sayqımızı ifadə edərək onların “əşyayi-dəlillərini” əlavə şərhə ehtiyac duymadan yayımlayırıq:

Qüdrət Həsənquliyevə “zəhmətkeş” cavabları:

 

 

Ilkin Celilov: Budur müharibədən çıxmış kəndlər? Bu da Qüdrətin dediyi dağılmış Əbrəqunus kəndindən görüntülər

Ilkin Celilov: Doğulduğun kəndə gəlirsən ki heç? gəlsəydin kəndin mərkəzinin dağılmadığının, əksinə müasir formada tikildiyinin şahidi olardın.

 

Ilkin Celilov: Əbrəqunus kəndi. Qüdrətin dediyi kimi şərab zavodu dağıdılıb yox, sovet dövründə dindar icmanı məhv etmək üçün tikilişinə başlayan şərab zavodunun tikintisi sonradan dayandırıldı. Əvəzində belə gözəl məscid tikildi dindar Əbrəqunuslular üçün

Ilkin Celilov: Əbrəqunus kəndindən görüntü

Kış Güneşi: Diyesen Nehrem kendine getmeyib bu ???? Hesenquluyev ,menim kendim senin şeherinden gözel ve temizdi buna inan

 

Haci Celebi: Qudret Hesenquliyevə biçarə bir şəxs olaraq yazığım gəldi. Adam yaxşı bilir ki, Naxçıvanda butun sosial xidmətlər ölkə üzrə ən yaxşı vəziyyətdə qurulub. abadlq aparılmayan kənd qalmayıb. Ən ucqar kəndlərdən hansını desən abadlaşdırılıb, qaz , elektrik, yol xətləri yenilənib. daha Baki və digər rayonlardakı kimi yol çokmür burda. kuley esen kimi qaz elektrik dayanmir. Naxcivanin istenilen yaşayış məntəqəsində internetə qoşulmaq mümkündür. "muharibədən cixib" deməklə deyil Qudret müellim))) Naxçıvanın ağır gunlerini xatirlayin. Bir de bu gunku potensialina baxin. Axi Qudret müellim idi deyen ki, Naxçıvan istese Ermenistani şumlayib tozunu goye sovurar.

 

Pnar Ysfli: Qüdrət bəy! Sən deyəsən axırıncı seçkindən sonra Naxçıvana gəlməmisən. Gəlsəydin əmin ol ki, “deməli olduqlarını” yox, gördüklərin yazardın, dolayısı ilə yazdıqlarının əksini görərdin. Əbrəqunus kəndində yeni təmir olunmuş məscid binası, məktəb, digər inzibati binalar düz yol qırağında da rahat şəkildə görsənir. Göz kor olmalıdır ki, bütün bu gözəllikləri görməsin. Belə də ki sənə seçicilərin sadəcə səsi, mandatı lazım idi, onu da pis yaxşı əldə etdin! Sonuncu dəfə!!!

 

 

Ilkin Rzayev: Siz hələ də Naxçıvanda həyata keçirilən mütərəqqi addımları başa düşməmiş və düşməyəcəksiniz, Qüdrət Həsənquliyev!!! Yəqin ki, siyasi təcrübəniz və fəaliyyətinizin bu məqamında mövcud həqiqəti başa düşməyə imkan vermədiyi üçün, bundan sonra da hər hansı ümidlə yaşamağ çətin olar. Bir neçə detala diqqət çəkmək istəyirəm. Haray salmısınız ki, klub sökülür, kitabxana sökülür, çayxana sökülür. Naxçıvandan seçilən deputat olsanız da, xislətiniz nə gəlib burada olanları görməyə, nə də başa düşməyə imkan vermir. Başa düşün ki, bir neçə iqtisadi rəqəmlərlə oyanıb Naxçıvan haqqında yaratmağa çalışdığınız yalan mənzərənin qarşısında bu gün Naxçıvan kənd-kənd, qəsəbə-qəsəbə müasirləşir. Siz çayxana düşüncəsində olduğunuz üçün arzularınız da çayxana stolunda, siqaret tüstüsü altında formalaşmış cəfəngiyatdan başqa bir şey deyil. Sizdən fərqli olaraq bir gənc kimi mən Naxçıvana baxanda nə görürəm. Görürəm ki, bu gün "ağıllı kənd" lahiyəsinə qoşunlan Naxçıvan kəndlərində müasir təhsil, səhiyyə müəssisələri tikilir, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Sizin təsəvvür imkanlarınız çatmasa izah edim ki, kənd mərkəzinin binasında kitabxana, mədəniyyət evi (klub) və ATS, baytarlıq məntəqəsi, icra nümayəndəliyi, bələdiyyələr üçün hər cür şərait yaradılır. Siz yəqin ki, gəlib görməmisiniz, və ya görmək istəməmisiniz. Bu gün bizim cəmiyyətə çayxanada vaxt keçirməkdən çox kitab lazımdır. Düzdür, sizin şüar və düşüncələriniz çayxana mühitində formalaşdığı üçün bundan artıq nəsə gözləmək olmazdı. Amma hər halda Naxçıvandan seçilmiş bir deputat kimi öz vəzifəndən irəli gələn ən azından vicdan borcunu heç olmasa bu həqiqəti etiraf etməklə yerinə yetirə bilərdiniz. Boğazdan yuxarı şüarçılıq, gündəmdə olmaq niyyətiniz sizə çay keçməyə imkan verməz. Siz isə dəryada üzməyə çalışırsınız. Bir şeyi də etiraf edin ki, bu gün ancaq Naxçıvana qara yaxmaqla gündəmdə ola bilərsiniz.

Ilkin Celilov: Təəssüf ki, Qüdrət Həsənquliyev Naxçıvandan Anar İbrahimovun onun iddiaları ilə bağlı yazısına şərh verməkdən boyun qaçırıb. Konkret olaraq dotasiya məsələsində Qüdrət bəyin söylədiyi başdan ayağa cəfəngiyatdan başqa bir şey deyil. Çox güman oxumamış deyil, sadəcə söylədiyi yalanlarla uzlaşmadığına görə deyir oxumamışam, həm də cavabı tərif edir, güya şərh verir. Jurnalist Heydər Oğuz da ona bunda yardım edir. Bu da həmin yazı, qoy Qüdrət Həsənquliyev oxusun, sonra öz yalanları və ya savadsızlığı ilə tutuşdursun, sonra şərh verər.

Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?

Paylaşımlarımızın rəy bölümündə Naxçıvan “seçiçi”lərinin xorunu pozan statuslara da rast gəlmək olardı. Bu da onlardan biri:

Ilham Ibrahimov: Qarabağlar kəndi böyük kənddir ! Nə çayçısı ,nə yeməkxanası var ! Kəndin 50% əhalisi Bakıda yaşayır !

Mən hektar yarım olan evimi 12 otaqlı tam təmirli ,axar suyu olan ,həyətində bağı olan ,2 mr-lik zaboru 3 darvazası olan sənədli evimi Bakının rayonundakı kəndləri 5- sot torpaq qiymətinə sata bilmirəm ,çünki alan yoxdur ,qalmaq istəyən yoxdur !

Naxçıvanın kəndlərində yol,qaz ,işıq problemləri yoxdur ! Təhsil superdir ,məktəblər əladır ,müəllimləri əxlaqlı ,imanlı, savadlıdırlar ! Məcburi iməcilik sahəsində ağaclar əkilir ,abadlıq işləri görülür !

Konkret sual :

1) Qarabağlar kəndində 7- çayçı : 6 yeməkxana var idi , niyə söküldü indi bir çayçısı yoxdur ?!

Olmamağının səbi ,niyə sökdülər ?

2) Evimi ,torpağımı sata bilmirəm ,alıcısı yoxdur ,səbəbi ?

Kirayə də qalmasını istəyirəm ,pul ödəmədən sadəcə həyətə baxsın elə bir ailə də yoxdur ,niyə ?

Qarabağlar kəndində ən böyük hektarla ərik bağları var idi, sökdülər, niyə?

İndisə facebook istifadəçisi İlkin Razyevin təbirilə desək, “ağıllı kənd” layihəsinə qoşulan Naxçıvanın Əbrəqunus kəndindən görüntüləri təqdim edirik:

Əbrəqunus budursa…

 

Bəs, bura haradır?

 

 

 

 

 

Əbrəqunusun inzibati binaları

"Hürriyyət"

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA