“Brexit” Şərq Tərəfdaşlığı ölkələrinə nə vəd edir? - Britaniyanın Avropa İttifaqından çıxması Azərbaycana da təsir edəcək - TƏHLİL

“Brexit” Şərq Tərəfdaşlığı ölkələrinə nə vəd edir? - Britaniyanın Avropa İttifaqından çıxması Azərbaycana da təsir edəcək - TƏHLİL

Aleks Nays

“Bneİntellinews” (Böyük Britaniya), 13.03.2019

İstənilən son dram istisna olmaqla, Birləşmiş Krallıq 29 mart 2019-cu il tarixdə Avropa İttifaqına (Aİ) üzvlükdən imtina edəcək. “Brexit” ikinci böyük iqtisadiyyatı və mühüm təhlükəsizlik oyunçusunu itirəcək Avropa İttifaqı üçün əsas problemdir. Həm də Aİ-nin öz gələcəyinə dair ciddi suallar yaradır.

Aİ ölkələri blokdan kənara çıxa və ona daxil ola bilər. Üstəlik, “İttifaq daha da möhkəmlənir” labüdlük deyil.

Bundan əlavə, Böyük Britaniyanı Aİ-dən çıxmağa təhrik edən köç, suverenlik və demokratik nəzarətlə bağlı narahatlıqlar Britaniya seçiciləri üçün unikal sayıla bilməz.

“Brexit” Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Ermənistan, Ukrayna, Moldova, Belarus və Gürcüstan) üçün pis xəbərdir. Maliyyə baxımından Böyük Britaniyanın Aİ-dən çıxışı 2021-27-ci illər Şərq Tərəfdaşlığı ölkələri üçün növbəti büdcə planlaşdırılmasında (Multiannual Financial Framework, MFF – Çoxllik Maliyyə Strukturu) 94 milyard avro dəyərində boşluğun yaranması deməkdir. Ancaq Avropa İttifaqı Komissiyasının MFF üzrə təklifləri bu xərcləri ümumi kənd təsərrüfatı siyasəti və mövcud üzvlər üçün birləşmə fondları xərclərinin azaldılmasını tövsiyə edib.

Komissiyanın təklifləri əsasında, xarici hərəkət, təhlükəsizlik və müdafiə xərcləri artır. Planlar çərçivəsində, Qonşuluğun İnkişafı və Beynəlxalq Əməkdaşlıq Alətləri üçün büdcə cari qiymətlərlə (ya da real olaraq 20%) artacaq.

Maliyyə düşüncələrindən başqa, “Brexit”-in Şərq Tərəfdaşlığı ölkələri üçün yaratdığı risklər havada qalır. Bir çox məsələlər Avropa İttifaqı və Böyük Britaniya arasındakı razılaşmaya əsasən, martın sonunda bilinəcək. Böyük ehtimalla, Britaniya “Brexit”-lə heç bir uçuruma yaxınlaşmayacaq və Aİ ilə yeni ticarət və hüquqi əlaqələrdə keçid tənzimləmələrinə razılıq verməyəcək.

Həm Böyük Britaniya, həm də Aİ “Brexit” uçurumundan qaçmaq istəyir, lakin geri çəkilmə prosesinin təbiəti ilə 29 mart 2019-cu il tarixində razılaşma təsdiq edilməzsə, defolt qaçılmazdır. Sentyabrın ortalarında “Dəyişən Avropa” Təşəbbüsü çərçivəsində Böyük Britaniyada rəyləri öyrənilmiş ekspertlər qrupu Böyük Britaniyada “Brexit” riskinin təxminən 50% səviyyəsində olacağını bildirib, ancaq son tarix yaxınlaşdıqca, bu, demək olar ki, dəqiq görünür.

“Brexit”-in xaotik “No Deal”-indən (Hərəkətsizlikdən) irəli gələn hüquqi və tənzimləyici vakuum Böyük Britaniya iqtisadiyyatına ciddi zərər verəcək. Şərq Tərəfdaşlığı ölkələri üçün bu, Böyük Britaniya və Aİ arasında normal diplomatik əlaqələrin pozulması deməkdir.

Böyük Britaniyada maliyyə böhranı və qarşılıqlı tənəzzül, ictimai rəy və siyasi danışıqlar şəraitində kəskin millətçi dönüş yarada bilər. Heç kim “sövdəsiz Brexit”-in nə qədər davam edəcəyini bilmir, lakin Böyük Britaniya-Aİ əlaqələrinə uzunmüddətli ziyan potensialı yüksəkdir, orta və ya qısa müddətli strategiyada o, xarici siyasət əməkdaşlığını pozur.

Böyük Britaniya və Aİ arasındakı əlaqələrin dağılması Şərq Tərəfdaşlığı ölkələrinin maraqlarına əsla uyğun deyil. Onsuz da belə bir rəy mövcuddur ki, Aİ-nin daxili problemləri onun Şərq qonşuları ilə daha çox əlaqə yaratmasına az imkan verir. Bu günə qədər Aİ “Brexit” üzrə kollektiv mövqeyini qoruyub və danışıqları açıq şəkildə aparıb. Bu vəhdət və yekdilik xaotik “Brexit” halında dağılacaq. Bir çox Aİ ölkəsi üçün Böyük Britaniya ilə gələcək əlaqələr birdən-birə əsas xarici siyasət narahatlığı halına gələcək və üzv dövlətlərin fərqli xarici siyasi mövqeləri, ehtimalla, ön plana çıxacaq.

Bu, ən pis ssenaridir. Əgər son dəqiqədə ortaya müqavilə çıxarsa, onun Aİ-nin Şərq qonşularına təsirləri daha az məlum olacaq. Şərq Tərəfdaşlığı ölkələri, ənənəvi olaraq, Böyük Britaniyanı mühüm diplomatik və təhlükəsizlik tərəfdaşı, həm Brüssel, həm də Vaşinqtonda Avro-Atlantik inteqrasiyasının dəyərli müdafiəçi kimi qiymətləndirib. Məsələn, hətta Aİ-dən ayrılmağa hazırlaşdığı dövrdə belə, Böyük Britaniya Qərbi Balkanlarda regional birliyin və siyasi əməkdaşlığın möhkəmləndirilməsi üçün İttifaqın daha da genişləndirilməsini dəstəkləyib.

Böyük Britaniya, ənənəvi olaraq, Aİ və ABŞ arasında əhəmiyyətli körpü rolunu oynayaraq, strateji hədəfi getdikcə Sakit okeana doğru yönələn ABŞ-a Avropa işlərində iştirak etməyə yardımçı olub. O, Aİ-dən çıxdığı dövrdə də bu missiyanı davam etdirir. Oktyabr ayının əvvəlində “Wall Street Journal” xəbər verib ki, Tereza Mey Donald Trampa NATO-nun önəmi məsələsində Angela Merkeldən daha çox təsir göstərir.

Böyük Britaniyanın Aİ-dən çıxışı Şərq Tərəfdaşlığı ölkələrinə xələl gətirəcək istiqamətdə balansı dəyişə bilər. Bununla yanaşı, nikbinlik üçün bəzi səbəblər var.

Birincisi, “Brexit”-dən sonra Böyük Britaniyanın Brüsseldəki masada arxasında oturma ehtimalının olmadığını nəzərə alsaq, London öz təsirini saxlamaq üçün Avropada əsas təhlükəsizlik təminatçısı rolunu iki dəfə artıracaq. Aİ-nin qonşuluq siyasətinə qoşulma və onu dəstəkləmə İttifaqın daha geniş Avropada inam və təsirlərini qoruyub saxlamasına kömək edə bilər. Böyük Britaniya-Rusiya münasibətlərinin mövcud vəziyyəti nəzərə alınmaqla, Böyük Britaniyanın bu prosesdə maraqları var.

İkincisi, təəccüblü səslənsə də, “Brexit” Aİ-yə Şərq Tərəfdaşlığı ölkələrinə qarşı daha geniş yanaşmanı yenidən təmin etmək üçün fürsət yarada bilər. Şərq Tərəfdaşlığının əsas problemi budur ki, keçmişdə real üzvlük perspektivi təqdim edilmirdi. Eyni zamanda, özünü regionda dominant normativ güc kimi göstərərək, blokun kənarlarında qalanları əyalət durumunda qoyurdu.

Böyük Britaniyanın Aİ-dən kənarda müasir, dinc və demokratik bir ölkə olarsa, bu, Aİ-nin avropalı olma inhisarını pozacaq. Nəticədə, Avropadakı strateji və institusional sürüşmənin qarşısını alan yeni institusional memarlığa yol açılacaq.

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA