Brilliant Dadaşovadan Aygün Kazımova haqqında ŞOK SÖZLƏR: “Arxamca süpürə-süpürə...”

Brilliant Dadaşovadan Aygün Kazımova haqqında ŞOK SÖZLƏR: “Arxamca süpürə-süpürə...”

Xalq artisti Brilliant Dadaşova küsülü olduğu həmkarı Aygün Kazımova haqqında gözlənilməz açıqlamalar verib.

Hurriyyet.org xəbər verir ki, müğənni “Xəzər maqazin”ə açıqlamasında Aygün Kazımova ilə barışması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Nargis” jurnalının heyəti xahiş etdi ki, həmin məclisdə mahnı oxuyum. Orda mənim musiqiçilərim yox idi, Ajda Pekkanın musiqiçiləri alətlərini çıxaranda Zülfiyyə Xanbabayeva dedi ki, qurban olum sənin qədər türk mahnısını bilən və canlı oxuya biləcək kimsə yoxdur, dur, oxu. Eyyub Yaqubovla, Ajda Pekkanın bekvokalçısı da orada idi. Ajda Pekkan kimi günəş və onun komandası orada olduğu üçün düşündüm ki, “Yaşa Azərbaycan və Yaşa Türkiyə”ni oxuyum. İdeyalarım göydə qapılır, buna öyrəşmişəm, belə də olmalıdır. Arxamca süpürə-süpürə gəlməlidirlər. Sözümü kəsmək istəyənlər var idi, buna əhəmiyyət vermədim. Çünki saxtakarlığı sevmirəm”.

Baş verənlərin onu əsəbiləşdirdirdiyini gizlətməyən B.Dadaşova heç vaxt küsülü olduğu həmkarı ilə duet oxumayacağını söyləyib:

“Sonra nə baş verdiyini danışmaq istəmirəm. Zalda min adam özbaşına gəlib yanımda dayana bilərdi. Bu, o demək deyil ki, o adamlarla səhnəyə çıxaram və ya duet oxuyaram. Hətta sonradan xəbər tutdum ki, əslində Eyyub oxumalı idi. Başqaları özünü soxuşdurub və təşkilatçılar da bundan əsəbiləşib”.

Xalq artisti deyib ki, Aygünlə yalnız bir halda barışa bilər:

“Bir insan mənə yaxınlaşıb "Bağışla, düzgün etməmişəm, nalayiq sözlər demişəm, sosial şəbəkələrdə haqqında xoşagəlməz fikirlər paylaşmışam, məni bağışla" desəydi, bəlkə də başqa cür olardı. Amma göstəriş naminə mikrofonu götürüb "biz barışırıq" göstərməyə çalışmaq saxta hərəkətlərdir. Mən isə saxta olan heç nəyi xoşlamıram”.

Xatırladaq ki, Xalq artistləri Zülfiyyə Xanbabayeva və Brillant Dadaşova ilə illərdir küsülü olan Aygün Kazımova Ajda Pekkanın konsertində və “Nargis” dərgisinin 5 yaşı münasibətilə keçirilən partidə üz-üzə gəlmişdi. Barışıq üçün A.Kazımova addım atsa da, həmkarları onun bu münasibətinə qarşılıq verməyiblər.

Loading...

QALEREYA