Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır

  • 2019-01-22 14:48:53
  • |
  • Dünya /

Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır

Britaniya Hərbi Hava Qüvvələrinə aid “RAF Typhoon” tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.

Bu məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, “RAF Typhoon” tipli 6 döyüş təyyarəsi və 10-a qədər “Reaper” Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.

Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.

Qeyd edək ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbçilərinin çıxarılması barədə sərəncam imzalayıb. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA