BƏŞƏRİYYƏT UTANMALIDIR! - Mədəsindən 40 kiloqram plastik çıxdı

  • 2019-03-19 11:12:29
  • |
  • Dünya /

BƏŞƏRİYYƏT UTANMALIDIR! - Mədəsindən 40 kiloqram plastik çıxdı

Təbiətin lal harayı

Hurriyyet.org xəbər verir ki,Filippinfə “D'Bone Kollektor” (D'Bone Collector) muzeyinin işçiləri tərəfindən dalğaların sahilə vurmuş olduğu, ölü halda tapılan balinanın mədəsindən 40 kiloqrama qədər plastik torbanın çıxdığını bildirilib.

Muzey “Feysbuk”dakı paylaşmasında heyvanın mədəsinin “indiyə qədər görünməmiş qədərdə plastiklə” dolu olduğunu, üstəlik, 16 ədəd düyü kisəsinin çıxdığını yazıb.

“Qastrik şok üzündən öldü”

Yxın günlərdə muzeyin heyvanın qarnından çıxanların hamısının siyahısını dərc edəcəyi bildirilib.

“Guardian” (“Qardian”) qəzetinin dərc etdirdiyi xəbərdə dəniz bioloqlarının balinanın “qastrik şok” ucbatından öldüyünü bildirdiyi deyilir.

İndoneziyanın Sulavesi bölgəsində ötən ilin sonunda dalğaların sahilə atdığı ölü balinanın mədəsindən 6 kiloqrama yaxın tullantı çıxmışdı.

6 kiloqram da tullantı çıxıb

Mütəxəssislər balinanın mədəsindən 115 plastik stəkan, 4 ədəd plastik butulka, 25 torba və 2 ədəd şap-şap ilə yanaşı, ip və kisələrdən ibarət ümumilikdə, 6 kiloqrama yaxın tullantı çıxdığını bildirmişdilər.

Malayziyanın şimal sahillərində isə fevral ayında plastik torba udmuş bir akula həzm problemi səbəbindən ölmüşdü. Akulanın mədəsində marketlərdə istifadə edilən plastik torba olduğunu söyləyən mütəxəsisslər bağırsaq keçməzliyi yaranmış balinanın həsm problemi və aclıq üzündən öldüyünü aşkar etmişdilər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA