Broyler toyuğu və qaraciyəri almayın, yeməyin - Pediatrdan antibiotik xəbərdarlığı

Broyler toyuğu və qaraciyəri almayın, yeməyin - Pediatrdan antibiotik xəbərdarlığı

Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.

Hurriyyet.org medicina.az-a istinadən xəbər verir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.

" Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.

1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.

2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.

3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır”.

Bu metodların az-çox zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirilsə də, ümumiyyətlə broyler toyuğu və içalatı almamağı məsləhət görür.

" Bu yaxınlarda Rusiyada böyük bir partiya toyuq satışda çıxarıldı. Həm aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır”.

Satışa icazəsi olmayan, mənşəyi naməlum, xüsusən restoran və şadlıq evlərində masaya gətirilən, hardan əldə olunduğu məlum olmayan toyuqlardan uzaq durun.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA