Bruney sultanlığı artıq İSLAM HÜQUQU ilə idarə olunacaq

  • 2019-04-04 13:30:51
  • |
  • Dünya /

Bruney sultanlığı artıq İSLAM HÜQUQU ilə idarə olunacaq

Hurriyyet.org xəbər verir ki, Cənub-Şərqi Asiyada yerləşən Bruney sultanlığında aprelin 3-dən etibarən islam hüququ da qüvvəyə minib. Ölkədə ikili hüquq sisteminin tətbiq ediləcəyi bəyan edilib. İslam hüququnun islam qaydalarına zidd olan davranışların qarşısını almaq və bu qaydaları pozanları cəzalandırmaqla yanaşı, bütün vətəndaşların qanuni hüquqlarını qorumaq məqsədinə xidmət elədiyi deyilir.

Bruney Nazirlər Kabinetinin verdiyi mətbuat konfransında 2013-cü il tarixli İslam Cəza Hüququ Qanunun 2019-cü il aprelin 3-dən etibarən tamamilə qüvvəyə mindiyi, ölkədə ikili hüquq sisteminin tətbiq edilməsinin davam etdiriləcəyi bildirilir.

Açıqlamada deyilir: “Bruney Darüssalam suveren və tamamilə müstəqil bir islam ölkəsidir. Bütün başqa müstəqil ölkələr kimi öz qanunlarını tətbiq edir. Bruney Darüssalam, daima biri islam, digəri isə anqlosaks hüququna əsaslanan ikili qanun sistemini tətbiq edib”.

Bruney sultanlığında İslam Cəza Hüququ Qanunun ilk üç mərhələsi 2014-cü ildə qüvvəyə minmişdi.

Avropa mane olmağa çalışır

Ölkədə islam cəza hüququnun tamamilə qüvvəyə minməsi təcavüz, homoseksuallıq və zina kimi cinayətlərin daşqalaq eləmək və ya qırmanclamaqla, oğurluğun əlin kəsilməsi ilə cəzalandıra bilməsi demək olduğu üçün beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən etirazla qarşılanıb.

BMT-nin baş katibi Antonio Quterres Bruneydəki qanun dəyişikliyinin insan hüquqları prinsiplərini pozduğuna inandığını və “hər cür amansız cəzalandırma üsulunun açıq şəkildə əleyhdarı” olduğunu bildirib.

ABD, İngiltərə, Almaniya və Fransa da Bruney sultanlığını islam qanunlarını tətbiq eləməkdən vaz keçməyə çağırıb.

Bruney sultanlığının yarım milyona yaxın əhalisi var və onların üçdə ikisi müsəlmandır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA