Bu ay pensiyaların ödənişi NİYƏ GECİKİB?

  • 2019-01-31 11:11:54
  • |
  • Sosial /

Bu ay pensiyaların ödənişi NİYƏ GECİKİB?

Fazil Talıbov: “Respublika üzrə pensiyaların ödənişi artıq yekunlaşdırılıb”

İki gün öncə redaksiyamıza məlumat daxil olmuşdu ki, ayın 28-i olmasına baxmayaraq, hələ də pensiyalarını ala bilmirlər. Mənbə bildirmişdi ki, adətən hər ayın 10-dək pensiyaçıların bank hesabına vəsait yüklənsə də, bu ay gecikmə müşahid olunur.

Əmək pensiyalarının gecikməsi ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyindən, bununla bağlı sakinlər arasında müəyyən şayiələr yayılmışdı. İddialara görə, pensiyaların ödənilməsində müəyyən maxinasiyalara yol verildiyindən, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Gecikmələrin də bu səbəbdən baş verdiyi bildirilirdi.

Lakin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Hürriyyət”ə bildirib ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır. Onun sözlərinə görə, respublika üzrə pensiyaların ödənişi artıq yekunlaşdırılıb.

CAVİD, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA